Əsas səhifə | Mühəndislik
Mühəndislik

Mühəndislik fakültəsinin əsası 1973-cü ildə Sumqayıt ATTM-ində Energetika, İstehsal Prosesinin Avtomatlaşdırılması, Mexanika fakültəsinin yaranması ilə qoyulub. Həmin illərdə fakültənin Zavod-ATTM sistemi üzrə və əyani oxuyan qrupları olub.  1976-cı ildən fakültə Energetika, Avtomatika və Mexanika adlandırılıb. Tələbələr 2 ixtisas üzrə təhsil alıblar.1981-ci ildən başlayaraq kompüterlərin, digər hesablama texnikasının  Sumqayıtdakı zavod və fabriklərdə yeni texnologiyaların yaranması ilə əlaqədar Sumqayıt  ATTM-də avtomatlaşdırma sahələri üzrə yeni ixtisaslara tələbə qəbuluna başlanılıb və ilbəil qəbul olunan tələbələrin sayı artırılıb
1992-ci ildə fakültədən Energetika fakültəsi ayrılıb və fakültə Avtomatika-Mexanika fakültəsi adlandırılmışdır. Sumqayıt şəhərinin orta məktəblərində informatika və hesablama texnikasının əsasları fənninin tədrisində kadr çatışmazlığını nəzərə alaraq, 1997-ci ildə yeni İnformatika kafedrası yaradılıb və orta məktəblər üçün müəllim kadrların hazırlığına başlanmışdır. 1997-ci ildə fakültədən daha yeni bir fakültə Mexanika fakültəsi ayrılmışdır və fakültə  Avtomatika fakültəsi adlanmışdır. Bu müddət ərzində ixtisasların sayı 7-yə çatmışdır. 
Azərbaycan Sənaye İnstitutunun bazası əsasında Sumqayıt Dövlət Universiteti yarandıqdan sonra bütün fakültələrdə olduğu kimi Avtomatika fakültəsində də universitet səviyyəsində  yenidənqurma işləri  aparılmağa başlanmışdır. 2000-ci ildə fakültənin adı dəyişdirilərək Kompüter Texnikası və Texnologiyaları fakültəsi, 2004-cü ildən isə Kompüter Texnikası və İnformasiya texnologiyaları adlanmışdır.
Avtomatika və idarəetmə, İnformasiya və hesablama texnikası, Elektron texnikası, Tibbi Bioloji Aparatlar və Sistemlər, Standartlaşdırma və Sertifikasiya və prespektivdə energetika yönümlü mühəndis ixtisaslarının bazasında universitetdə  2006-ci ildə Mühəndisllik fakültəsi yaradılmışdır. Hal-hazırda fakültəyə dosent Ulduz Xeyrulla oğlu Ağayev rəhbərlik edir.
Fakültədə 41 nəfər professor-müəllim heyəti, o cümlədən 6 nəfər t.e.d. professor, 12 nəfər t.e.n. dosent, 1 nəfər t.e.n. baş müəllim, 14 nəfər baş müəllim, 8 nəfər assistent çalışır.
Hazırda fakültədə 6 doktorant və 4 dissertant elmi işlə məşğul olur.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 503 nəfər – onlardan 459 nəfər bakalavr (407 nəfər əyani və 52 nəfər qiyabi) və 49 nəfər magistratura (44 nəfər əyani və 5 nəfər qiyabi) pilləsində təhsil alır.
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
Bakalavr pilləsində ixtisaslar:
-Kompyuter mühəndisliyi
-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
-Proseslərin avtomatlaşdırlması mühəndisliyi
-Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
-Proseslərin avtomatlaşdırlması mühəndisliyi (Tempus layihəsi)
Magistratura pilləsindəki ixtisaslar:
-Kompüter mühəndisliyi
-Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırlması
-İdarəetmədə informasiya sistemləri 
-Standartlaşdırma və sertifikasiya
-İdarəetmədə informasiya sistemləri (Tempus layihəsi)
-Enerji menecmenti (Tempus layihəsi)
Doktorantura (fəlsəfə doktoru üzrə) pilləsindəki ixtisaslar:
-Sistemli analiz, idarəetmə və informasiya sistemləri
-İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
-İnformasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi 
-Avtomatlaşdırlmış layihələndirmə, kontruksiyaetmə, modelləşdirmə və idarəetmə alətlərinin nəzəri və praktiki məsələlərinin işlənməsi
-İstehsal proseslərinin avtomatlaşdırlmış idarəetmə sistemlərinin yaradılması
-İki fazalı mühit mexanikasının nəzəri əsasları və konstruksiya elementlərinin hesablanması.
Fakültədə müasir tələblərə cavab verən 9 tədris laboratoriyası fəaliyyət göstərir: 1.Kompüter texnologiyaları və proqramlaşdırma
2.İnformasiya texnologiyaları və sistemləri
3.Elektron çeviriciləri və ölçmələr
4.Avtomatlaşdırma və informasiya texnikası
5.Enerji menecmentində proseslərin idarəedilməsi və kommunikasiya texnikası
6.Texniki vəsaitlər və texnoloji ölçmələr
7.Avtomatik tənzimləmə, rəqəmli idarəetmə və lokal sistemlər
8.Standartlaşdırma və ölçmə texnikası
9.Müəssisələrdə əməkdaşlığın inkişafı istiqamətində universitetlər arası innovasiya şəbəkəsinin yaradılması. Videokonfrans zalı. SDU-nun xarici ölkələrlə əlaqələrinin genişlənməsində bu fakültənin özünəməxsus yeri var. Təhsil Nazirliyinin dəstəyi ilə 2004-cü ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində və Mingəçevir Dövlət Universitetində Almaniyanın Köln Universiteti və Hollandiyanın Heerlen Ali Texniki Məktəbi ilə əməkdaşlıq əsasında Avropa standartlarına uyğunlaşdırılmış tədris planı üzrə “Avtomatlaşdırma və İnformasiya Texnikası” ixtisası üzrə bakalavr, 2007-ci ildən başlayaraq Tempus Layihəsi çərçivəsində kimya sənayesi üçün “Enerji Menecmenti” ixtisası üzrə magistr hazırlığına başlanmışdır. Bu layihələr çərçivəsində fakültədə müasir texnika ilə təchiz olunmuş 4 tədris laboratoriyaları yaradılıb istifadəyə verilmiş, bakalavriat və magistratura pilləsində tədris olunan fənnlərin mühazitə konspektləri və laboratoriya işlərinin metodik vəsaitləri çap olunub kitabxana fonduna daxil edilmiş, 8 müəllim Almaniyada, Hollandiyada və Polşada tədris texnologiyalarını mənimsəmək üçün staj keçmədə olmuşlar.
TEMPUS layihəsi çərçivəsində görülmüş işlər nəticəsində əldə olunmuş nailiyyətlər fakültənin digər ixtisaslarında da tətbiq edilir. Məsələn, laboratoriya dərslərində MATLAB və Elektroniks Worbekc tətbiqi proqramları paketindən virtual laboratoriya işlərinin yerinə yetirilməsində geniş istifadə olunur.
2010-cu ildə Sumqayıt Dövlət Universiteti “Müəssisələrlə əməkdaşlığın inkişafı istiqamətində Universitetlərarası innovasiya şəbəkəsinin yaradılması” adlı TEMPUS layihəsinin qalibi olmuşdur.
Layihə çərçivəsində Universitetlərarası innovasiya şəbəkəsi yaradılmış, videokonfrans zal quraşdırılmış və istifadəyə verilmişdir. On-line rejimində məsafədən videogörüntüləri qəbul etmək və ötürmək məqsədi ilə zal tələb olunan müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş və yüksək sürətli fıber optik internet şəbəkəsinə qoşulmuşdur.

Videokonfrans zalından layihədə iştirak etmiş univetsitetlərlə - Rusiyanın Qubkin adma Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti, Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti, Belarusun Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti, Böyük Britaniyanın Varvik Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət və Sənaye Universiteti innovasiya texnologiyalarının transferinə dair video konfransların, distant mühazirələrin və s. aparılmasında istifadə edilir. Bunlardan başqa videokonfrans zalından digər istiqamətlərdə də istifadə etmək nəzərdə tutulur: distant kursların təşkil edilməsi, qiyabi təhsil alan tələbələr üçün distant konsultasiyalarm verilməsi, birgə on-line rejimində elmi konfransların və seminarların aparılması və s.

Fakültədə “Yeni informasiya texnologiyaları və onların tətbiqi” adlı seminar fəaliyyət göstərir ki, burada namizədlik, doktorluq dissertasiya  işləri,  kafedraların və magistrantların elmi-tətqiqat işlərinin nəticələri müzakirə edilərək müvafiq qərarlar qəbul olunur.
Fakültədə aşağıdakı tələbə təşkilatları fəaliyyət göstərir: Tələbə Elmi cəmiyyəti, Tələbə Şurası, Tələbə Gənclər təşkilatı, Tələbə Azad Həmkarlar təşkilatı.

 

Mühəndislik fakultəsinin kafedraları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az