Əsas səhifə | Mühəndislik | Proseslərin avtomatlaşdırılması
Proseslərin avtomatlaşdırılması
1.Proseslərin avtomatlaşdırılması kafedrası 1981-ci ilin 15 dekabr tarixindən  (İdarəetmənin avtomatlaşdırılması adı ilə yaradılmışdır) fəaliyyət göstərir. Həmin dövrdə   kafedraya SSRİ Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü, professor Rafiq Əziz oğlu Əliyev, 15.12.1987-ci il tarixindən isə professor Fazil Həzin oğlu Ələkbərli rəhbərlik etmişdir.
Hal hazırda kafedra müdiri – t.e.d., prof. Məmmədov Cavanşir Firudin oğludur.
2.Hazırda kafedrada 3 nəfər t.e.d., professor, 3 nəfər dosent, 2 nəfər baş müəllim və 2 nəfər müəllim (asisstent) çalışır.
3.Kafedranın kadr potensialı aşağıdakı professor, müəllim və tədris-köməkçi heyətindən ibarətdir:
Tex.e.d.,prof. C.F. Məmmədov, tex.e.d.,prof. F.H. Ələkbərli, tex.e.d.,prof. Ə.H. Nağıyev, dos. V.G. Məmmədov, dos. V.A. Balayev, dos. U.X. Ağayev, baş müəllim Ş.Ə. Pəhlivanov, baş müəllim M.S. Salmanov, assistent G.Q. Gəncəliyeva, assistent M.R. Rəhimova, laboratoriya müdiri H.M. Həşimova, böyük laborant N.Ə. Quliyeva və böyük laborant E.M. Hacıyeva.
4.Kafedrada 3 dissertant, 1 doktorant və 7 magistrant elmi işlə məşğul olur.
5.Bakalavriat üzrə fənlər:
1.Tənzimləmə texnikası
2.Texnoloji ölcmələr
3.Obyektlərin modelləşdirilməsi
4.Proseslərin analizi və identifikasiyası
5.İdarəetmədə əməliyyatların tədqiqi
6.Sensor sistemləri
7.Mikroprosessorlu idarəetmə sistemləri
8.Sənaye avtomatlaşdırılması-1
9.Proqramlaşdırılan məntiqi kontrolleri
10.Avtomlaşdırmanın texniki vəsaitləri
11.İdarəetmə sistemlərinin alqoritmik təminatının layihələndirilməsi
12.Rəqəmli idarəetmə sistemləri
13.İstehsal proseslərinin avtomatlaşdırılması
14.İdarəetmə sistemlərinin layihələndirilməsinin avtomatlaşdırılması
15.Mikroprosessor texnikasının idarəetmə sistemlərinə tətbiqi
16.Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılmış idarəetmə sistemləri
17.İdarəetmə sistemləri
18.Avtomatik idarəetmənin əsasları
19.Proseslərin avtomatlaşdırılması
20.Rəqəm tənzimləmə sistemləri
21.Kimyəvi kibernetika
Magistratura üzrə fənlər
1.Proseslərin avtomatlaşdırılması mühəndisliyinin müasir problemləri
2.Proseslərin avtomatlaşdırılması mühəndisliyinin tarixi  və metodologiyası
3.Tənzimləmə nəzəriyyəsinin xüsusi bölmələri
4.İdarəetmə obyektləri və sistemlərinin modelləşdirilməsi və identifikasiyası
5.Avtomatlaşdırılmış sistemlərin məlumat təminatının müasir texniki vəsaitləri
6.Optimal idaretmənin müasir üsulları
7.Texnoloji proseslərin avtomatlaşdırılmasının müasir proqramlaşdırma üsulları, intellektual  idarəetmə sistemləri
8.Avtomatlaşdırılmış sistemlərin sintezinin və layihələndirilməsinin müasir üsulları
9.Müasir idarəetmə nəzəriyyəsi
10.Tədqiqat üsulları
6.Texnoloji proseslərin idarəetmə alqoritm və üsullarının işlənməsi.
7.Kafedra əməkdaşları tərəfindən 22 sillabus, 34 fənn proqramı, 24 dərs vəsaiti nəşr etdirilmişdir.
8.Proseslərin avtomatlaşdırılması kafedrasının  ölkənin aparıcı müəssisələri  və elmi inkişaf fondlarıyla AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə elmi əlaqələri müntəzəm olaraq davam etdirir. Həmçinin kafedra xarici ölkə universitetləri və nəşriyyatları ilə  əməkdaşlıq edir. UFA Aviasiya Texniki Universitetinin Texniki kibernetika kafedrasının müdiri Qvozdyev Qenadi, Belarusiyanın Texniki Universitetinin “Politexnik Texnologiyalar Parkiyla, Varonej Meşə Təsərrüfat Universiteti, Kanazava Texniki Universitetinin İnformasiya texnologiyaları və sistemləri departamenti ilə əlaqələr yaradılmışdır.
9.Kafedranın əməkdaşlarından Ələkbərli F.H. Respublika Azad Həmkarlar təşkilatının Fəxri Fərmanı (2003), Təhsil Nazirliyinin Fəxri Fərmanı (2010), “Qabaqcıl Təhsil işçisi” döş nişanı (2012),  Nağıyev Ə.H. Təhsil Nazirliyinin Fəxri Fərmanı (2014), Məmmədov V.G. Təhsil Nazirliyinin Fəxri Fərmanı (2011), Balayev V.A. Təhsil Nazirliyinin Fəxri Fərmanı (2011), Ağayev U.X. Sumqayıt Dövlət Universitetinin Fəxri Fərmanı (2005), Respublika Azad Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı (2012), Məmmədov C.F. Respublika Azad Həmkarlar təşkilatının Fəxri Fərmanı (2010), Təhsil Nazirliyinin Fəxri Fərmanı (2015), “Qabaqcıl Təhsil işçisi” döş nişanı (2017) ilə təltif edilmişlər. 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az