Əsas səhifə | Elmi şura
Elmi şura
Elmi Şuranın tərkibi Təhsil Nazirliyinin 10.10.1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssiəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq formalaşdırılır.
Tutduğu vəzifəyə görə Elmi Şuranın tərkibinə rektor, prorektorlar, Tədris Metodiki Mərkəzin direktoru, Elmi katib, fakültə dekanları, Həmkarlar İttifaqı Komitəsinin sədri, uyğun şöbə müdirləri və tələbə təşkilatlarının sədrləri daxildir. Elmi Şuranın digər üzvləri fakültə əməkdaşlarının ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilmişdir.
Elmi Şura universitetin perspektiv inkişafı üçün müvafiq prinsipial funksiyaları həyata keçirir, qanunverici bir orqan kimi müxtəlif sahələr üzrə universitetin fəaliyyətini tənzimləyir. Tanınmış elm və dövlət xadimlərinə SDU-nun fəxri adlarının verilməsi, dekan, kafedra müdiri, professor və s. vəzifələrinə seçkilərin keçirilməsi, adlı təqaüdlərin təsis edilməsi və digər funksiyalar yerinə yetirir. Elmi Şura fakültələrin, kafedraların, laboratoriyaların yaradılması, zəruri struktur dəyişikliklərinin həyata keçirilməsi, universitetin istedadlı və əlaçı tələbələrini hərtərəfli qayğı ilə əhatə etmək üçün müvafiq qərarlar qəbul edir.
Universitet əməkdaşlarına elmi adların (dosent, professor və s.) verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında Elmi Şura vəsatət qaldırır, zərurət yarandıqda SDU-nun Nizamnaməsinə əlavələr və dəyişikliklər edir.
Elmi Şura öz iclaslarında universitetin mühüm təhsil və elm siyasətini, beynəlxaq əlaqələrin proritet istiqamətlərini, kadr və sosial məsələləri, SDU-nun infrastrukturunun inkişaf etdirilməsini və digər perspektiv planların yerinə yetirilməsini təmin edir.
Elmi Şuranın iclasları tədris ili ərzində ayda bir dəfə keçirilir. Elmi Şura vaxtaşırı olaraq universitetin tədris və elmi- tədqiqat işlərinin planlarını təsdiq edir, fakültələrin, kafedraların və digər struktur bölmələrin hesabatlarını dinləyir. Elmi Şura tədris ili üçün nəzərdə tutulmuş və təsdiq olunmuş plan üzrə işləyir, bu planlar Elmi Şurada müzakirə edilərək rektor tərəfindən təsdiq edilir.  
Hazırda Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 45 nəfər üzvü vardır. Elmi Şuranın sədri universitetin rektoru prof. E.B.Hüseynov, Elmi katib prof. M.M.Səmədovdur.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az