Əsas səhifə | Tədris Metodik Mərkəz
Tədris Metodik Mərkəz

Tədris Metodik Mərkəz universitetin əsas struktur bölmələrindən biri olub, universitetdə yüksək səviyyəli müəllim, mühəndis-pedaqoji, iqtisadçı kadrların hazırlanması üçün tədris-metodiki işlərin təşkili, planlaşdırılması və idarə olunması məsələlərini əlaqələndirir.
Tədris Metodik Mərkəz öz fəaliyyətində "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu, "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi",  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları", "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası", "SDU-da təhsilin inkişafının əsas strateji istiqamətləri", SDU-nun Nizamnaməsini öz fəaliyyətində  ali təhsil müəssisələrində tədris prosesini tənzimləyən qaydalar, təlimatlar, əsasnamələr, daxili İntizam qaydaları, SDU-nun rektorunun müvafiq əmr və göstərişləri,  Universitet Elmi Şurasının qərarları və bu Əsasnaməni rəhbər tutur və ona əsaslanır. Tədris Medodik Mərkəzinin direktoru vəzifəsini dosent İsabal Qurbanov icra edir.
TMM-in əsas məqsədi
Boloniya təhsil sisteminə uyğun olaraq mərkəz qarşısında qoyulan bütün tələbləri, vəzifələri vaxtında və düzgün şəkildə yerinə yetirmək, Avropa təhsil sisteminə inteqrasiya etməsi.
Ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə əlaqədar Fəaliyyət Planına uyğun olaraq təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sisteminin   yerinə yetirilməsi.
Mərkəzin vəzifələri
-Dövlət təhsil standartlarına uyğun şəkildə tədris prosesinin təşkili və idarə olunmasına nəzarət
-Tədris prosesinin tədris-metodiki, didaktik və informasiya materialları ilə təmin edilməsi, texniki vasitələrlə zənginləşdirilməsi işinə nəzarət  
-Tədris prosesinin dərsliklər, dərs vəsaitləri və xarici ölkə ədəbiyyatları ilə təmin edilməsinə nəzarət etmək.
-Kafedralar üzrə tədris yüklərinin həcminin hesablanmasına nəzarət və təsdiqi;
-Tədris proqramlarının, hər tədris ili üçün sillabusların hazırlanmasına nəzarət;
-Dərs cədvəllərinə müvafiq olaraq auditoriya fondunun səmərəli bölgüsünə nəzarət;
-Tədris-metodiki, statistik məlumatların və hesabatların hazırlanmasına nəzarət;
-Tədrisin keyfiyyətinə və dərsə davamiyyətə nəzarət;
-Universitet bazasında və ondan kənarda tədris və istehsal təcrübələrinin keçirilməsinə nəzarət;
-Tədris və metodiki işlər üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması;
-Mütəxəssis hazırlığı işində kafedraların, fakültələrin və digər struktur bölmələrinin fəaliyyətinin koordinasiya edilməsi;
-Universitetin lisenziyalaşması və dövlət akkreditasiyası üçün lazım olan işlərin hazırlanması və həyata keçirilməsi;
- Universitetə tələbə qəbulu planının işlənib hazırlanması;
-Tələbələrin sosial-iqtisadi vəziyyətlərini öyrənən komissiyanın təşkil edilməsi;
-Tələbələrin biliyinin yazılı, test və internet-imtahan formalarında aparılmasına nəzarət edilməsi;
-Tələbə kontingentinin tədris-metodiki fəaliyyətinin tənzimlənməsi və ona dair əmrlərin hazırlanması;
-Kafedralar üzrə buraxılış işləri mövzularının və rəhbərlərin təsdiq edilməsi;
-Fakültələr üzrə dövlət yekun attestasiya komissiyalarının müəyyənləşdirilməsi;
-Bütün ixtisaslar üzrə yekun dövlət attestasiya komissiyaları sədrlərinin müəyyən edilməsi və təsdiq üçün Təhsil Nazirliyinə təqdim olunması;
-Yekun dövlət attestasiyası üzrə sənədlərin və nümunəvi blankların hazırlanması və təsdiqi (protokollar, rəylər, tapşırıqlar və s.);
-Yekun dövlət attestasiyası qrafikinin tərtibinə nəzarət və təsdiqi;
-Diplomların verilməsi qrafikinin hazırlanması;
-Akademik arayışların, diplomların və diploma əlavələrin hazırlanması işinə nəzarət;
-Yekun dövlət attestasiya sədrlərindən hesabatların yığılması və təhlili;
-Tələbələrin attestasiyası üçün normativ sənədlərin hazırlanması;
-Kafedralarda və fakültələrdə informasiya stendlərinin hazırlanmasına nəzarət;
-Tədris prosesində tələbələrin cari mənimsəmə səviyyələrinə və aralıq attestasiyalarına nəzarət;
-Bütün tədris formaları üzrə tələbə kontingentinin hərəkətinə nəzarət;
-Tələbələrin biliyinin qiymətləndirilməsinə nəzarət;
-Arxivə veriləcək sənədlərin hazırlanması;
-Fakültələrdə dərs cədvəllərinin tərtibi və təsdiqi işlərinə nəzarət;
-Sessiyalar üzrə imtahan cədvəllərinin tərtibinə nəzarət və təsdiq olunması;
-Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət;
-Yay semestrinin təşkili;
Tədris bölməsi:
-İxtisaslar və təhsil proqramları üzrə tədris planlarının dövlət standartlarına uyğunluğunu yoxlayır və analiz edir, fənlərin keçilmə qrafikinin tədris işçi plana uyğunluğunu yoxlayır;
-Əyani və qiyabi təhsil üzrə dərs və imtahan cədvəllərinin tərtib olunmasına və yerinə yetirilməsinə nəzarət edir;
-Professor-müəllim heyətinin fərdi planlarının vaxtında tərtib və təsdiq olunmasına, yerinə yetirilməsinə nəzarəti həyata keçirir, kənardan dəvət olunan saathesabı müəllimlərin şəxsi işlərini qəbul edir və onların dərs yüklərinin yerinə yetirilməsinin qeydiyyatını aparır;
-Professor-müəllim heyətinin dərs yüklərinin yerinə yetirilməsinə nəzarət edir, planda nəzərdə  tutulan dərs yükü və faktiki yerinə yetirilən dərs yükünün uyğunsuzluğu zamanı baş vermə səbəbini analiz edir;
-Professor-müəllim və tədris-köməkçi heyətin əmək intizamının yoxlanmasını təşkil edir;
-Tələbələrin köçürülməsi və bərpası zamanı komissiyaya təqdim ediləcək sənədlərə nəzarəti həyata keçirir;
-Auditoriya fondunun vəziyyəti və ondan səmərəli istifadə olunmasına nəzarət edir;
-Tədris sənədləri üçün blankların, tədris prosesinin təşkili və hesabatlar üçün zəruri olan sənədlərin təmin olunmasını həyata keçirir;
-Kafedra və dekanlıqlarda tədris sənədlərinin işlənməsi və saxlanması işinə nəzarət edir;
-Karyera mərkəzi, fakültə və kafedralarla birlikdə tələbələrin bütün növ praktikalarını təşkil edir, praktikanın hesabatlarının vaxtında təqdim edilməsinə nəzarət edir; 
-Yekun dövlət attestasiya komissiyaları tərkibinin vaxtında müəyyən edilməsi və təsdiq olunmasını nəzarətdə saxlayır, DAK sədrlərinin hesabatlarının nəticələrini analiz edir və TN-ə müvafiq məlumat hazırlayır;
-Mövcud tədris planına uyğun olaraq dərs yüklərinin həcminin hesablanmasına və müvafiq kafedralara paylanmasına nəzarət edir;
-Dekanlıqlardan qəbul edilən hesabatları analiz edərək yekun hesabat hazırlayır;
-Universitetdə tədris prosesinə hazırlıq və ona nəzarəti həyata keçirir;
-Fakültələrdə dərs cədvəllərinin tərtibi və təsdiqi işlərinə nəzarət edir;
-Universitet üzrə umumi cədvəlin hazırlanması və yerinə yetirilməsinə nəzarət edir;
-Dərs cədvəllərinə müvafiq olaraq auditoriya fondunun səmərəli bölgüsü, fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət edir;
-Tələbələrin dərsə davamiyyətinə nəzarət edir;
-Universitetdə tədris prosesinin əlaqələndirilməsini həyata keçirir;
-Universitet bazasında və ondan kənarda tədris və istehsal təcrübələrinin keçirilməsinə nəzarət edir;
-Yekun dövlət attestasiyası qrafikinin tərtib olunmasına nəzarət və təsdiq edir;
-Sessiyalar üzrə imtahan cədvəllərinin tərtibinə nəzarət və təsdiq;
-Kafedralar tərəfindən akademik təqvimin gözlənilməsinə nəzarət edir;
-Bakalavr pilləsi üzrə tədris, istehsalat, pedaqoji təcrübələrinin keçirilməsinin sənədləşdirilməsi işinə nəzarət edir;
-Təhsil fəaliyyətində universitet rəhbərliyinin əmr, sərəncam və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir;
-Tədris prosesi barədə universitet rəhbərliyinin sorğularının məlumatlandırır;
-I və  II növbələr üzrə tədris hissəsi tərəfindən fakültələrə təhkim olunmuş əməkdaşların dərslərə nəzarət haqqında rektorluğa məlumat hazırlayır;
-Saathesabı müəllimlərə əmək haqqının ödənilməsi sənədlərinin hazırlayır.
Hal-hazırda Tədris bölməsi müdiri vəzifəsini Şirinov Faiq icra edir.
Metodik bölmə:
- Fakültə və kafedralarda, bütün növ tədris formalarında metodiki işlərə nəzarəti həyata keçirir;
-İxtisas və ixtisaslaşmalar üzrə tədris planlarının işlənməsində dekanlıq və kafedralara məsləhətlər verir;
-Tədris-metodiki sənədlərin, ixtisaslara uyğun fənlər üzrə tədris və metodik vəsaitlərin hazırlanması və nəşr olunmasına köməklik göstərir; 
-Dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq tədris prosesinin dərsliklər, dərs vəsaitləri və xarici ölkə ədəbiyyatları ilə təmin edilməsinə nəzarət edir;
-Dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq təhsil prosesinin material-texniki təchizatı  ilə təmin edilməsinə nəzarət edir;
-Kafedralarla birlikdə universitetin lisenziyalaşması və dövlət akkreditasiyası üçün lazım olan sənədləri hazırlayır;
-İşçi proqramların (sillabusların) dövlət təhsil standartlarına uyğunluğuna nəzarəti həyata keçirir;
-Müəllimlərin müasir təhsil texnologiyalarına aid tematik, tədris-metodiki konfrans və seminarlarını təşkil edir;
-Tədris prosesində yeni təlim və informasiya texnologiyalarının tətbiq edilməsini nəzarətdə saxlayır;
-Tədris-metodiki nəşrlərin planlaşdırılmasına cavabdehdir;
- Metodiki işlərin ayrı-ayrı istiqamətləri üzrə layihələr, metodiki materiallar, təlimatlar və digər sənədlər işləyib hazırlayır;
-Vaxtaşırı olaraq öz səlahiyyətləri çərçivəsi daxilində informasiyaları elektron bazaya daxil edir.
Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi
SDU-da təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin məqsədi təhsil sahəsində qanunvericiliyin icrasının təhlili, sosial prinsiplərə uyğunluğu, təhsilin keyfiyyətinə təsir göstərən faktorların aşkarlanması və amillərin müəyyən edilməsi, tələbələrin hazırlığı haqqında obyektiv məlumatın əldə edilməsidir.
SDU-da  təhsilin keyfiyyətinin qiymətləndirilməsi sistemi aşağıdakı məsələlərin həllinə yönəldilir və qeyd olunan məsələləri həyata keçirir:
- təhsilin keyfiyyətinin yüksəldilməsi məsələləri üzrə əsaslandırılmış qərarların qəbul edilməsi prosesinin informasiya təminatı;
- universitetin təhsil fəaliyyətinin effektivliyi və keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin görülməsini həyata keçirir;
- təhsil prosesinin bütün iştirakçılarına və ictimaiyyətə təhsilin keyfiyyəti barədə dolğun məlumatın təqdim edilməsini təmin edir;
- təhsilin keyfiyyətinin monitorinqi əsasında təhsil fəaliyyətinin idarəetmə sisteminin  təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;
- təhsilin keyfiyyətinə təsir göstərən amillərin aşkar edilməsini nəzarətdə saxlayır.
- Tədrisin keyfiyyətinə nəzarət üçün xüsusi meyarların seçilməsi metodologiyasının yaradılması;
-Yüksək keyfiyyətli təhsil, təlim və qiymətləndirilmənin müasir metodlarının təqdimi və akkreditasiya üçün özünüqiymətləndirmə göstəricilərinin hazırlanması;
- Məlumat-sorğu kitabçasının tərtib olunaraq tələbələrə paylanması;
- Qiymət qoyulması siyasətinin koordinasiyası;
-Təhsilin keyfiyyətinə nəzarət metodikasının işlənib hazırlanması;
- Təhsilin keyfiyyəti məsələləri ilə bağlı seminar və treninqlərin təşkili;
-Ali təhsil müəssisələrinin reytinqlərinin müəyyən edilməsində iştirak etmək;
- Təhsilin keyfiyyətini tənzimləyən normativlərin, göstəricilərin işlənməsi və istifadəsi;
- Universitetdə təhsilin keyfiyyətinin qiymətləndirilməsinin, qiymətləndirmə vasitələrinin və meyarlarının işlənib hazırlanması;
-Təhsilin keyfiyyətinin idarəedilməsi məsələləri üzrə metodiki konfrans və seminarların, müəllim və əməkdaşların ixtisasartırma kurslarının həyata keçirilməsi, metodiki tövsiyələrin hazırlanması;
-Tələbələrin qeydiyyatı və keyfiyyətə nəzarət üzrə informasiya bazasının yaradılması;
Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri vəzivəsini dosent Alıyev Xəlil icra edir.
Statistika və qeydiyyat informasiya bölməsi 
-Universitetin bütün fakültələrində tələbələrin hamısını əhatə edən elektron məlumat bazasının yaradılmasını təşkil edir;
-Hər bir tələbə üçün ayrıca kod altında məlumatların yerləşdirilməsini təmin edir. Məlumatda tələbələrin adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı fakültə, ixtisas, kurs, dərsə davamiyyət və təhsil göstəriciləri öz əksini tapmalıdır;
-Fakültələrdəki tyutorların müvafiq qaydada tələbələrin dərsə davamiyyəti barədə məlumatlarını müntəzəm olaraq bazaya daxil etmələrinə nəzarət edir;
-Hər semestrdə fakültələr və ixtisaslar üzrə tələbələrin imtahana qədər və imtahan ballarının bazaya yerləşdirilməsini təmin edir;
-Akademik borclarla əlaqədar dərslərdə təkrar iştirak edənlər, eləcə də ixtisaslar üzrə tələbələrin seçdiyi seçmə fənlərin bazaya daxil olunmasını təmin edir;
-Növbəti tədris ili üçün tələbələrin fənn seçmə prosesini, onların vaxtında qeydiyyatdan  keçmələrini nəzarətdə saxlayır;
-Qeydiyyatın  nəticələri təhlil edilir və fənlərin tədrisi üçün fənn qruplarının yaradılması haqqında təkliflərini verir;
-Təhsil proqramındakı fənlərin yerinə yetirilmə ardıcıllığının təmin olunmasına cavabdehlik daşıyır.
-Tədris ilinin əvvəlində bütün ixtisaslar üzrə universitetə qəbul olunmuş abituriyentlər haqqında müvafiq fakültə dekanlıqlarından təqdimatları alır və TQDK-nın protokolları ilə tutuşdurulduqdan sonra onların I kursa qəbul olunmaları barədə əmr hazırlayır;
-Qış və yay imtahan sessiyalarının keçirilməsi, ümumiyyətlə, tədris işləri ilə bağlı rəhbər əmrlərin, sərəncamların hazırlanması, imtahan biletlərinin, vərəqələrinin möhürlənməsi, fakültələr üzrə imtahan cədvəllərinin toplanması, gündəlik keçirilən yazılı imtahanların cavab vərəqələrinin hazırlanması və prorektorluğa təqdim olunması, göndərişin möhürlənməsi və verilməsi, onların qeydiyyatının aparılmasını həyata keçirir.
-Bütün tədris formaları üzrə tələbə kontingentinin hərəkətinə nəzarət edir;
-İllik statistik hesabatın və hər 3 aydan bir rüblük hesabatların hazırlanması, tələbələrin «hərəkətlərinin» əmr kitabında qeyd olunmasını həyata keçirir;
-Hər ilin əvvəli və iyul ayının əvvəlində tələbələrin hərəkəti haqqında hesabat verir;
-Hər ilin oktyabr ayının sonunda isə Təhsil nazirliyi və Statistika komitəsinə tələbələrin hərəkəti haqqında illik hesabat hazırlayır;
-Sessiyanın nəticələrinin və akademik borcların ləğv olunması barədə hesabatların toplanıb qrafikə uyğun hazırlanmasını təmin edir;
-Diplomların verilməsi qrafikinin hazırlanmasını təşkil edir;
-Akademik arayışların, diplomların və diploma əlavələrin hazırlanması işinə nəzarət edir; -Arxivə veriləcək sənədlərin hazırlanmasını təşkil edir;
-Tədris prosesində istifadə olunan blankların sifarişini hazırlayır;
-Məlumat-sorğu kitabçasının tərtib olunaraq tələbələrə paylanmasını həyata keçirir;
-Dekanlıq, kafedra və digər struktur bölmələrindən tədris prosesinin təşkilinə dair məlumatları alır;
-Tədris prosesinin normativ-hüquqi bazasının işlənməsində iştirak edir;
-Ümumi şöbədən və fakültələrdən daxil olan icra üçün qeydiyyat işinin aparılması və nəzarəti, icra olunmuş və əmrləşdirilmiş sənədlərin yerləşdirilməsini, tədris hissəsindən kənara göndərilən məktubların qeydiyyatını həyata keçirir;
-Yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs yükünün planlaşdırılması, bölgüsünə nəzarət və onun təsdiq olunduqdan sonra əmrləşdirilməsi, kənardan dəvət olunan saathesabı müəllimlərin şəxsi işlərinin qəbul edilməsini təşkil edir;
-Tələbələrin xaric olunma, akademik məzuniyyət, soyadın dəyişilməsi, töhmət verilmə, dublikat tələbə bileti və qiymət kitabçasının verilməsi, tələbələrin diplom müdafiəsinə buraxılması, kursdan-kursa keçmə, təqaüd verilməsi, yay və qış tətilləri müddətində xaric olunmuş tələbələrin yenidən bərpası, eləcə də köçürülməsinə dair təqdim olunmuş sənədlərin əmrləşdirilməsini hazırlayır;
Statistika və qeydiyyat informasiya bölməsinin müdiri vəzifəsini Aybəniz Nurəddinova icra edir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az