Əsas səhifə | Kadrlar
Kadrlar

Minə yaxın əməkdaşı olan universitetin idarə olunması strukturunda kadrlar şöbəsini özünəməxsus yeri var. Bu şöbə universitetin özü ilə yaşıddır, 50 ildir ki, fəaliyyət göstərir. Əməkdaşların işə qəbul olunması, işdən azad olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi məhz kadrlar şöbəsində öz əksini tapır. Buna görə də kadrlar şöbəsinə daxil olan hər bir sənəd diqqətlə  nəzərdən keçir və qəbul olunur. Əlbəttə, işçilərin ilk növbədə mənəvi keyfiyyətləri, yüksək peşə hazırlığı nəzərə alınmaqla  onlar  işə qəbul olunurlar. Bütün bünlar isə müəyyən vaxt keçdikdən sonra tarixə çevrilir, arxivə verilən ən kiçik bir sənəd də müəyyən mənada universitetin tarixinin bir parçasını təşkil edir.
Kadrlar şöbəsinin formalaşmasında, sözsüz ki, şöbənin müdirləri, mütəxəssis və tabelçiləri böyük əmək sərf etmişlər. Ayrı-ayrı illərdə kadrlar şöbəsinə T.Y.Şur, Q.M.Qasımov, G.M.Rəhimova, E.V.Hüseynova, Q.N.Kusova,  X.Ə.Abbasov rəhbərlik etmişlər.
Vahabova Tacə Abbas qızı, Məmmədova Günay Vəli qızı, və Ağaverdiyeva Mətanət Mirverdi qızı  mütəxəssis vəzifəsində işləyirlər.
Kadrlar şöbəsinin müdiri vəzifəsində hazırda baş müəllim  Nofəl Əhmədov çalışır. O, uzun illərdir ki, universitetin  Rus dili  kafedrasında elmi-pedaqoji işlə məşğul olur.
N. Əhmədov universitetin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir. Əmək haqqının düzgün hesablanması, işdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar  müraciət edən əməkdaşları qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərinə nəzarət edir. Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunmasını, staj keçməsi  məsələlərinı həyata keçirir.Vəzifə və ixtisas dərəcələrini artırmaq üçün vaxtaşırı olaraq mütəxəssislərin işgüzarlıq keyfiyyətlərini öyrənir. Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini təmin edir. Kadrlar üzrə inspektorlarla metodiki rəhbərliyi həyata keçirir. Kadrlarla bağlı  qərar, metodist göstərişlərin bölmə rəhbərliyi tərəfindən icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmiləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumimləşdirir,kadr axıcılığının, üzürsüz iş buraxma hallarının səbəblərini və başqa əmək intizamı pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər hazırlayır, sərbəstləşmiş fəhlə və qulluquçuların işə düzəlməsi üzrə tədbirlər görür,tabel uçotunu,məzuniyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsini təşkil edir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az