Əsas səhifə | Mühəndislik | İnformasiya və kompüter texnikası
İnformasiya və kompüter texnikası
İnformasiya və kompüter texnikası kafedrası Sumqayıt Dövlət Universiteti üzrə 19.01.2005 ci il tarixli K-02-09/2 saylı əmrə əsasən yaradılıb. 
Əvvəllər kafedra Sənaye elektrotexnikası, Robototexnika və avtomatlaşdırma vəsaitləri, Elektron cihazları və avtomatlaşdırma vasitələri adı ilə fəaliyyət göstərib. 
İnformasiya və kompüter texnikası kafedrasına fizika-riyaziyyat elmləri namizədi, dosent Qadir Məmməd oğlu Mənsurov rəhbərlik edir.
Kafedrada ştat üzrə 1 professor, 5 dosent, 4 baş müəllim, 3 müəllim (assistent) çalışır.Köməkçi heyət laboratoriya müdirindən, iki baş laborantdan və üç laborantdan ibarətdir.
İnformasiya və kompüter texnikası kafedrasının əməkdaşları:
1.kafedra müdiri, f.r.e.n., dosent Mənsurov Qadir Məmməd oğlu 
2.Kazımov Nadir Məmmədəli oğlu,tex.e.d., professor
3.Yusifov Əli Allahverən oğlu, tex.e.n.,dosent
4.Xəlilov Sabir Ağakişi oğlu, tex.e.n., dosent
5.Namazov Anar Müseyib oğlu, tex.e.n., dosent
6.Məhəmmədli Hicran Məhəmməd qızı, tex.e.n., dosent
7.Nağıyeva Südabə Firuddin qızı, baş müəllim 
8.Məmmədova Radə Cahangir qızı, baş müəllim 
9.Quliyev Rahib Yaşar oğlu, baş müəllim 
10.Hüseynova Afət Südef qızı, baş müəllim  
11.Ağayeva Fəridə Şahbaz qızı, assistent 
12.Allahverdiyeva Könül Əsvər qızı 
13.Rəsulov Rasim Zahid oğlu, assistent
14.Quliyeva Leyla İlham qızı, laboratoriya müdiri
15.Kamalova Günel Süleyman qızı, baş laborant
16.Baxşəliyeva Tavat Mədət qızı, baş laborant
17.Məhərrəmova Arzu Məhəmməd qızı, laborant 
18.Dövlətzadə Aynur Əhmədağa qızı, laborant  
19.Qurbanova Rəqsanə Alim qızı, laborant 
Kafedrada təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə kadr hazırlığı aparılır: 
050631− Kompüter mühəndisliyi bakalavr ixtisası üzrə təhsil müddəti əyani şöbədə 4 il, qiyabi şöbədə 5 ildir və bakalavr dərəcəsi almaqla bitir;
060631− Kompüter mühəndisliyi magistr ixtisaslaşması üzrə təhsil müddəti 2 ildir və magistr dərəcəsi almaqla nəticələnir;
3337.01 – İnformasiya ölçmə və idarəetmə sistemləriixtisaslaşması üzrə doktoranturadatəhsilmüddəti 3 il, dissertanturadaisə 4 ilolub, texnikaelmləri üzrə fəlsəfə doktoruelmidərəcəsiilə nəticələnir.
Hal-hazırda kafedrada 2 dissertant və 1 doktorant dissertasiya mövzusu üzərində işləyir.
Bakalavr pilləsi üzrə kafedrada tədris olunan fənlər:
1.Analoq elektronikası  
2.Avtomatlaşdırma texnikası
3.Avtomatlaşdırma texnikasının əsasları   
4.Avtomatlaşdırmanın  əsasları
5.Elektrik ölçmələri
6.Elektronika
7.Elektronikanın əsasları
8.Kommunikasiya və bussistemin əsasları
9.Kompüter arxitekturası
10.Kompüter mühəndisliyinin əsasları
11.Kompüter sxematexnikası və mikroprosessor sistemləri
12.Kompüter sistemlərinin təhlükəsizliyi
13.Kompüter şəbəkələri
14.Kompüterlərdə informasiya tətbiqi nəzəriyyəsinin əsasları
15.Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları
16.Kompüterlərin və şəbəkələrin periferiya qurğuları
17.Mikroprosessor texnikası
18.Ölçmə texnikasının əsasları
19.Rəqəmsal sistemlər
20.Sensor sistemləri
21.Siqnalların  rəqəmli emalı
22.Siqnalların analoq və rəqəmli emalı
23.Sistemlərin simulyasiyası
24.Texniki informatika
Magistratura pilləsi üzrə kafedrada tədris olunan fənlər:
1.İnformasiya texnikasının texniki vasitələri 
2.İstifadəçi interfeysinin layihələndirilməsi 
3.Kommunikasiya texnikasının əsasları
4.Kompüter mühəndisliyinin müasir problemləri
5.Kompüter mühəndisliyinin tarixi və metodologiyası
6.Kriptoqrafiya və şəbəkə təhlükəsizliyi
7.Modelləşdirmə və simulyasiya
8.Neyron şəbəkələri
9.Şəbəkə protokolları və informasiyanın ötürülməsi
10.Tədqiqat üsulları
Kafedrada iki tədris laboratoriyası və bir ixtisaslaşmış auditoriya fəaliyyət göstərir.Tədris laboratoriyaları kompüter texnikası, ölçmə texnikası, elektron texnikası, sensorlu sistemlər və avtomatlaşdırma texnikası avadanlıqları ilə təchiz olunub. 
Laboratoriyalar və ixtisaslaşmış auditoriya beynəlxalq layihələrdə iştirak yolu ilə alınmış əlavə avadanlıqlarla da təmin edilib ki, bu da tədrislə yanaşı, elmi tədqiqat işləri üzrə təcrübələrin qoyulması imkanını verir.İxtisaslaşdırılmış auditoriya audiovizual tədrisin aparılması, telekonfransların təşkili, dəyirmi masaların keçirilməsi, dissertasiya işlərinin təqdimatı və digər məqsədlər üçün istifadə olunur.
Kafedra Mühəndislik, Fizika və elektroenergetika fakültələrində ixtisas və ixtisasın seçmə fənləri üzrə tədris yükünü yerinə yetirir. Tədrisdə informasiya və kommunikasiya texnikası sahəsindəki elm və texnikanın son nailiyyətlərindən (tətbiqi proqramlar paketləri, virtual cihazlar və s.) geniş istifadə olunur. 
Kafedrada tədris olunan fənlərin tədris metodiki kompleksi (dərslik, dərs vəsaiti, metodik vəsait, laboratoriya işləri təlimatları və s.) və onların elektron variantı yaradılmışdır.
Kafedranın laboratoriyalarında qlobal internet şəbəkəsinə çıxışı olan lokal kompüter şəbəkəsi yaradılmışdır.
Kafedranın elmi fəaliyyətinin əsas istiqaməti informasiyaölçmə, idarəetmə sistemləri, kompüter qurğuları və texnologiyası üzrə tədqiqatlar və işlənmələrdir. 
2016− 2020 ci illər üçün elmi-tədqiqat işinin mövzusunu “Yeni informasiya texnologiyaları əsasında informasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi” təşkil edir. 
Yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə kafedranın əməkdaşlarından dos.S.A.Xəlilov “Əməkdar müəllim” fəxri adına, dos.Ə.A.Yusifov “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına, dos.A.M.Namazov və dos.Ə.A.Yusifov Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülmüşlər. 
Kafedra əməkdaşlarının nəşrləri:
•Mansurov Q.M.Aktiv süzgəclər: Ötürmə funksiyalarının təhlili və elektrik sxemlərinin hesablanması. Dərs vəsaiti. Sumqayıt: SDU, 2002. 99s.
•Mansurov Q.M.Siqnalların rəqəmli emalı: Dərs vəsaiti. Sumqayıt: SDU, 2010, 153s.
•Mənsurov Q.,Rüstəmov Q., Cəfərov S. Mühazirələr konspekti: Analoq və rəqəmsal siqnalların emalı.  Tempus Projekt: 516678 Tempus-1-2011-1-DE-Tempus-CPCR. Bakı:  Universal poliqraf, 2015. 120s.
•Mənsurov Q.M.Məntiqi dövrələrin modelləşdirilməsi, sintezi və simulyasiyası. Metodik vəsait.  Sumqayıt: SDU və AMİ Sumqayıt filialı, 2013, 146s.
•Mənsurov Q.M.Mayılov R. Yolçuyev İ. Mühazirələr konspekti:  Sensor sistemləri. Tempus Projekt: 516678 Tempus-1-2011-1-DE-Tempus-CPCR.Bakı:Universal poliqraf, 2015,111s
•Kazımov N.M.,Xəlilov S.A., Namazov A.M. İnformasiya nəzəriyyəsi və kodlama. Dərs vəsaiti. Sumqayıt: Dərələyəz-M, 2010.  132s.
•Kazımov N.M.,Yusifov Ə.A., Məmmədova R.C. Analoq elektronikası. Dərs vəsaiti. Sumqayıt: Bilikpoliqrafiya mərkəzi, 2012, 116s.
•Kazımov N.M.,Yusifov Ə.A., Xəlilov S.A., Ağayev U.X. Sensor sistemlərinin əsasları. Dərs vəsaiti.  Sumqayıt: Bilik Poliqrafiya Mərkəzi, 2011, 129s.
•Kazımov N.M.,Xəlilov S.A.,Abdullayev Q.S., Namazov A.M., Bağırov Z.O. Metrologiyanın əsasları. Dərs vəsaiti. Sumqayıt: Bilik, 2013, 226s.
•Kazımov N.M.,Xəlilov S.A., Namazov A.M., Nağıyeva S.F. Rəqəmsal sistemlər. Dərs vəsaiti. Sumqayıt: Bilik, 2012, 94s.
•Hüseynov Y.Y.,Orucov S.K., Namazov A.M. Elektronikanın əsasları.Metodik vəsait. Sumqayıt: SDU nun mətbəəsi, 2014. 65s.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az