Əsas səhifə | Elmi hissə
Elmi hissə
Elmi hissə Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 28 fevral 2014-cü il tarixli iclasının qərarı ilə yaradılmışdır. 2016-cı ilin oktyabr ayından Elmi hissənin müdiri vəzifəsini dosent Qadir Məmməd oğlu Mənsurov icra edir.
Elmi hissə Sumqayıt Dövlət Universitetinin elmi-tədqiqat hissəsinin, elmi-tədqiqat işlərinin planlaşdırılmasını, yerinə yetirilməsini və nəticələrinin istehsalatda və tədris prosesində tətbiq olunması haqqında hesabatların tərtib olunmasını, müzakirədən keçirilməsini, əməkdaşların elmi yaradıcılığının tədris-tərbiyə işləri ilə əlaqələndirilməsini təşkil edən stuktur bölməsidir. 
Elmi hissənin fəaliyyəti digər struktur bölmələri: dekanlıqlar, kafedralar, elmi-tədqiqat laboratoriyaları, ixtisaslaşdırılmış şuralar, kitabxana ilə bağlıdır və şöbə ilə bu bölmələrin qarşılıqlı xidməti münasibətləri Sumqayıt Dövlət Universitetinin Nizamnaməsi, sözü gedən bölmələr haqqında əsasnamələr, rektorun əmr və göstərişləri və öz nizamnaməsi ilə tənzimlənir.
Elmi hissənin əsas vəzifələri aşağıdakılardır:
•Xarici ölkələrin təhsil və elm mərkəzləri ilə birgə elmi-tədqiqat işlərinin aparılması proqramlarında iştirak etmək üçün təkliflərin toplanması və müzakirəyə çıxarılması;
•Yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Sumqayıt Dövlət Universitetinin illik hesabatlarının hazırlanması;
•Xalq təsərrüfatı sahələrində tətbiq olunması vacib hesab edilən elmi-tədqiqat işlərinin nəticələrindən istehsalatda istifadə edilməsi üzrə müvafiq təkliflərin hazırlanması və yayılması;
•Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi prosesində əldə edilən mühüm nəticələrin istehsalatda və tədris prosesində tətbiq olunması formalarının və metodlarının təkmilləşdirilməsi haqqında təkliflərin hazırlanması;
•Yeni texnikanın və texnologiyanın işlənməsi və istehsalatda tətbiq olunması haqqında sifarişçi təşkilatlardan daxil olan təkliflərin toplanması və təsərrüfat müqavilələrinin bağlanması üçün müvafiq hazırlıq işlərinin görülməsi;
•Yerinə yetirilmiş elmi-tədqiqat işlərinin dövlət qeydiyyatına alınmasının və başa çatdırılmış elmi-tədqiqat işləri haqqında hesabatların müvafiq qaydada hazırlanmasının təşkili:
•Professor-müəllim heyətinin, mühəndis-texniki personalın, elmi dərəcələrin iddiaçılarının, maqistrantların və tələbələrin Sumqayıt Dövlət Universitetindən kənarda keçirilməsi planlaşdırılan elmi forumlar haqqında məlumatlarla tanış olmasının və əməkdaşların bu forumlarda iştirak etməsinin təşkili;
•Sumqayıt Dövlət Universitetinin tələbələrinin və magistrantlarının elmi fəaliyyətə cəlb edilməsinin gücləndirilməsinə yönəldilən tədbirlərin hazırlanıb həyata keçirilməsinin təşkil edilməsi;
•Sumqayıt Dövlət Universitetində keçirilən konfransların materiallarının və aktual mövzulara həsr olunmuş elmi topluların nəşrə hazırlanmasının və yayılmasının təşkil edilməsi;
•Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının ixtiralarının patentləşdirilməsi üzrə müvafiq müəlliflik hüququnu təsdiq edən rəsmi sənədləşmələrin aparılması;
•İxtiralarına dair respublikada keçirilən kütləvi və elmi tədbirlərdə iştirak etmək, ixtiraçılıq məsələləri üzrə əlaqədar respublika orqanlarında universiteti təmsil etmək;
•Əlaqədar idarə və müəssisələrin ixtiraçılıq, patent-lisenziya, elmi-tədqiqatların tətbiqi mexanizmi və yolları barədə müsbət təcrübələrinin öyrənilib istifadə edilməsi;
•Elmi-tədqiqat bölməsinin quruluşunun təkmilləşdirilməsi, tədqiqat laboratoriyalarının elmi istiqamətlərinin və adının dəyişdirilməsi, yeni elmi-tədqiqat laboratoriyalarının yaradılması və ləğv edilməsi haqqında təkliflərin toplanması və Elmi Şuranın müzakirəsinə hazırlanması;
•İxtiraların patentləşdirilməsi ilə əlaqədar müəlliflərə məsləhətlərin, metodiki göstərişlərin verilməsi;
•İxtiralara patent almaq üçün lazım olan hüquqi sənədlərin və ixtira materiallarının müəlliflərlə birlikdə hazırlanması və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə  Dövlət Komitəsinə təqdim olunması;
•Tələbə Elmi cəmiyyətləri ilə birlikdə tələbələrin olimpiadalara və digər yarışlara hazırlanması;
•Universitetin dövri nəşri olan “Elmi Xəbərlər” jurnalı üçün materialların toplanması, ekspertizanın təşkili və nəşrə hazırlanması.
Elmi hissənin nəzdində altı elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir.
Həmin elmi-tədqiqat laboratoriyalarında 3 nəfər elmlər doktoru və   5 nəfər  fəlsəfə doktoru olmaqla 28 nəfər  işçi çalışır.Bu laboratoriyalar aşağıdakılardır:
1.Üçqat yarımkeşirici birləşmələrin bərkməhlullarının müxtəlif  temperatur  intervalında elektrofiziki xassələrinin tədqiqi ilə məşğul olan   «Yarımkeçiricilər və dielektriklər fizikası» ETL;
2.Duzlu suların anodda oksidləşdirilməsi prosesinin tədqiqi ilə məşğul olan   «Tətbiqi kimya» ETL;
3.Üzvi mənşəli bərk tullantıların utilizasiyasını tədqiq edən“Sənaye ekologiyası” ETL;
4.Sellülozanın ekoloji təmiz texnologiya ilə aktivləşdirilməsi prosesini tədqiq edən “Ətraf mühitin monitorinqi” ETL;
5.Azərbaycan folklorunda arxaik janrların spesifikası ilə məşğul olan «Folklorsşunaslıq» ETL;
6.Süni intellekt üsullarının tədqiqi və tətbiqi ilə elektrik təchizat sistemlərində elektrik enerjisinə qənaət və paylanma effektivliyinin yüksəldilməsini tədqiq edən «Elektroenergetikanın problemləri» ETL.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az