Əsas səhifə | Kimya və biologiya
Kimya və biologiya

Kimya və biologiya fakültəsində elmi-pedoqoji potensialı 93 nəfərdən ibarətdir. Onlardan 2-si AMEA-nın müxbir üzvü, 6-elmlər doktoru professor, 38 nəfər k.e.n., dosent, 1 nəfər t.e.n., dosent, 1 nəfər k.ü.f.d., assistent, 24 nəfər baş müəllim, 23 assistent çalışır. 46 nəfər isə tədris köməkçi heyəti kimi fəaliyyıt göstərir.
Hazırda fakültədə 3 doktorant və 7 dissertant elmi işlə məşğul olur. 2014-cü ildən fakültənin dekanı tex.e.n., dosent Muradov Mahal Mail oğludur.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 874 nəfər – onlardan 829 nəfər bakalavr (739 nəfər əyani və 90 nəfər qiyabi) və 45 nəfər magistratura pilləsində təhsil alır.
Fakültədə 9 kafedra və 3 Elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir:
Bakalavr pilləsində ixtisaslar:
-Kimya müəllimi
-Kimya
-Kimya mühəndisi
-Biologiya müəllimi
-Bioloq
-Ekologiya mühəndisi
-Biologiya müəllimi ( rus bölməsi)
- Kimya və biologiya müəllimliyi
- Fiziki tərbiyə və çağırışa qədərki hazırlı(qızlar üçün fiziki tərbiyə müəllimliyi, azərbaycan və rus bölməsi
Magistratura pilləsindəki ixtisaslar:
- Qeyri-üzvi kimya
- Üzvi kimya
- Fiziki limya
- Analitik kimya
- Neft kimyası
-YMB kimyası
- Elektrokimya
- Əsas üzvi sintezin kimyası və texnologiyası
- Ətraf mühitin mühafizə metodları və bərpası
- Biologiyanın tədrisinin metodologiyası və metodikası
- Bitki fiziologiyası
- Kimyanın tədrisinin metodologiyası və metodikası
- Ətraf mühitin mühafizə metodları və təbii ehtiyatlardan səmərəli istifadə olunması(Tempus layihəsi)
- Ətraf mühitin mühəndis mühafizəsi(Tempus layihəsi)
- Mikrobiologiya
- Genetika
- Mikrologiya
-Polimerlərin kimyəvi texnologiyası
Doktorantlar (fəlsəfə doktoru üzrə) pilləsindəki ixtisaslar:
-Neft kimyası.
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
-Neft əsasında alınan oksigenli və azotlu üzvi birləşmələrin kimyası, texnologiyası və istifadə sahələri.
-Silisiumüzvi mürəkkəb efirlərin sintezi, kimyəvi çevrilmələri və tətbiq sahələri.
-Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə sulfat turşusunda parçalanması prosesinin nəzəri əsaslarının işlənməsi.
-Müxtəlif ekoloji amillərinin qida əhəmiyyətli bitkilərin biomüxtəlifliyinə təsirinin fizioloji və biokimyəvi tədqiqi.
-Polietilen tullantıları əsasında polimer kompozisiyaların alınması.
-Üzvi mənşəli bərk tullantıların utilizasiyası.
-Sellülozanın ekoloji təmiz metodla aktivləşdirilməsi və onun uyğun sopolimerlərinin alınması. Sellülozanın aktivləşdirilməsi üsulu.
-Tərkibində bioloji aktiv qruplar saxlayan polimerlərin sintezi və tədqiqi.

Kimya və biologiya fakultəsinin kafedraları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az