Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dayanıqlı İnkişaf Komitəsi
Dayanıqlı İnkişaf Komitəsi

Sumqayıt Dövlət Universitetində Elmi Şuranın 25.10.2022-ci il tarixli (protokol №02) qərarı ilə dayanıqlı inkişafın təşviqi və təmin edilməsi məqsədilə Dayanıqlı İnkişaf Komitəsi yaradılmışdır. Komitə universitetin ekoloji, iqtisadi və sosial baxımdan dayanıqlı olmasını və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşmasını hədəfləyir. Komitənin əsas vəzifələri universitetin dayanıqlı inkişaf məqsədlərini və prioritetlərini müəyyənləşdirmək, fəaliyyət planı hazırlamaq, təhsil, elmi və sosial proqramlar təşkil etmək, monitorinq və qiymətləndirmə aparıb, hesabatlar hazırlamaq və əlaqələri inkişaf etdirməkdir. Komitə universitetin təhsil, elmi və sosial missiyasını yerinə yetirməkdə və ölkənin inkişafına töhfə verməkdə vacib rol oynayır. Komitə üzvləri milli və beynəlxalq təşəbbüsləri dəstəkləyir, bu sahədəki araşdırmaları, hadisələri və digər inkişafları yaxından izləyir. Komitə tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün universitetdə bir çox işlər həyata keçirilməyə davam edir və görülən işlər universitetin rəsmi saytında və sosial media hesablarında işıqlandırılır. Həmçinin universitetdə qlobal istiləşmə, aternativ enerji mənbələri, ekologiya, gender bərabərliyi mövzularına həsr olunmuş seminarlar, elmi-praktik konfranslar, vebinarlar, təlimlər və s. təşkil olunmuşdur. 

Komitənin tərkibi                  Dayanıqlı İnkişaf Komitəsinin Əsasnaməsi

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az