Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor
Talıbov Natiq Həsən oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1982-ci ildə orta məktəbi, 1992-ci ildə Sumqayıt Dövlət Universitetinin Avtomatika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 
1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 
1992-1996-cı illərdə Sumqayıt Dövlət Universitetinin İnformasiya və kompüter texnikası kafedrasında laborant, laboratoriya müdiri, 1996-cı ildən İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim vəzifələrində işləmiş, 2004-cü ildən isə dosent vəzifəsində  işləyir.
2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, 2007-ci ildə isə dosent elmi adını almışdır. 1997-2014-cü illərdə Mühəndislik fakültəsində dekan müavini işləmiş və müxtəlif vaxtlarda dekan vəzifəsini icra etmişdir. 
27.01.2014-cü ildən  07.05.2015-ci ilə qədər Doktorantura və magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
07.05.2015-ci ildə Sumqayıt Dövlət Universitetində Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
110-dan çox elmi əsərin, o cümlədən 1 ixtiranın, 1 monoqrafiyanın, 8 metodik göstərişin və 3 dərs vəsaitinin müəllifidir. 
2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına, 2017-ci ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Ailəlidir, 2 övladı var. 
Yeni Azərbaycan Partiyasının üzvüdür. 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az