Əsas səhifə | Əlil tələbələr mərkəzi
Əlil tələbələr mərkəzi
Ölkədə sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri əlil gənclərin bütün sahələrdə fəaliyyətinin təmin edilməsi və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasıdır. Bu sahədə konkret proqramlar icra olunur, dövlət başçısının təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə” dövlət proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün maneəsiz mühit yaratmağa və onların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir. Sənəddə bu məsələnin həlli Təhsil Nazirliyinə həvalə olunub. Dövlət Proqramında o da qeyd edilib ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapıb. Təbii ki, Sumqayıt Dövlət Universiteti də Prezident cənab İlham Əliyev tərəfindən "2018-2024-cü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, SDU-da inklüziv təhsil mühitinin yaradıldığına diqqət çəkərək, bu mühitin təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsinə və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaradılıb və əlilliyi olan tələbələr üçün mərkəz təşkil edilib.Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirir. Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaycan Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” ESFİDİP-TEMPUS layihəsini xüsusi qeyd etmək lazımdır. Xəzər Universitetinin koordinatorluq etdiyi bu layihədə universitetimiz tərəfdaş qismində öz işini uğurla davam etdirir. Universitetimizlə yanaşı respublikamızın digər nüfuzlu ali təhsil müəssisələri Xəzər Universiteti (koordinator), Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və yerli təşkilatlardan Azərbaycan Respublikası Təhsil Nazirliyi,Əmək və Əhalinini Sosial Müdafiəsi Nazirliyi,Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı da bu layihədə iştirak edir. Avropaya inteqrasiya etdiyimiz bir dövrdə məhz beynəlxalq təcrübələrin öyrənilməsi məqsədi ilə layihəyə Avropanın nüfuzlu təhsil müəssisələrindən olan Avstriya respublikasının Qraz Universiteti, Polşa Respublikasının Lodz Universiteti, Yunanstan Respublikasının Makedoniya Universiteti, Niderland krallığı Avropa insanlara Məsləhət mərkəzi də cəlb olunmuşdur.
Sumqayıt Dövlət Universitetnin rektoru professor Elxan Hüseynov ilə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli arasında “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.
Təhsil Nazirliyinin və UNICEF-in nümayəndələri Sumqayıt Dövlət Universitetində Əlilliyi olan tələbələr üçün mərkəzin işi ilə tanış olmuşdular.
Sumqayıt Dövlət Universitetinə 2018-2019-cu tədris ilində qəbul olunmuş əlilliyi olan tələbələr:
1. Tarix və coğrafiya fakültəsi
Tarix və coğrafiya fakültəsi – Ağazadə Şəhruz, Əhmədov Allahverdi
Əhmədov Allahverdi Vəli oğlu, I dərəcə gözdən əlil, ixtisas: tarix müəllimliyi, qrup 811, əlaqə nömresi-valideyn: +994506745160, +994775799951
2. Mühəndislik fakültəsi
Əliyev Alı Elşən oğlu, ixtisas: kompüter mühəndisliyi, qrup 612 (18 yaşı tamam olmadığına görə əlillik dərəcəsi verilməyib), əlaqə nömresi-valideyn: +994703290230, +994 18 6572852
3. Riyaziyyat fakültəsi
Əlizadə Minarə Yavər qızı II dərəcəli gözdən əlil, əlaqə nömrəsi: +994 18 6425388;
Nəcəfli Çərkəz Arif oğlu, II dərəcəli qoldan əlil, əlaqə nömrəsi +99450550153

 

   

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az