Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tələbə Həmkarlar İttifaqı Komitəsi
Tələbə Həmkarlar İttifaqı Komitəsi
Universitetin ictimai-mədəni həyatında fəal iştirak edən qurumlardan biri olan Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) 1962-ci ildən fəaliyyət göstərir. Tələbə Həmkarlar İttifaqı Komitəsi fəaliyyətə başladığı gündən böyük bir inkişaf yolu keçmişdir. Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinə müxtəlif vaxtlarda E.Xəlilov, E.Sadıqov, N.Mustafayeva və N.İbayev, T.Hacılı rəhbərlik etmişlər. Hal-hazırda SDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində Elmin Novruzlu çalışır. 
Qeyd edək ki, son illərdə təşkilatın işində əsaslı dönüş yaranmış, tələbələr arasında üzvlərin sayı 5897 nəfərə çatmışdır. Təhsil müəssisəsi inkişaf etdikcə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti də güclənmiş və tələblərin ittifaqa üzvlük prosesi sürətlənmişdir. SDU THİK hazırda tələbələri ictimai həyatda aktiv və mənəvi səviyyəsini yüksəltməyi qarşısına məqsəd qoyan bir qurum kimi fəaliyyət göstərir, tələbələrin sosial problemlərinə diqqətlə yanaşır, onlara mütəmadi olaraq maddi yardımlar göstərir, imkansız və şəhid ailələrindən olan tələbələri hər dərs günü gündə bir dəfə isti yeməklə təmin edir, ictimai işlərdə fəal və dərs əlaçısı olan tələbələrə həmkarlar təşkilatının təqaüdünü verir. O cümlədən, SDU THİK respublikamızın müxtəlif bölgələrinə gəzintilər təşkil edir, eləcə də tarixi abidələrimizi, Şəhidlər Xiyabanını, Quba Soyqırımı Memorial Kompleksini və Hərbi Qənimətlər parkını ziyarət edir.
Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi respublikanın əksər ali təhsil müəssisələrinin Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə ardıcıl sıx əlaqələr saxlayır və  bir təşkilat kimi son dövrlərdə uğurlara imza atmaqda davam edir.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az