Əsas səhifə | Mülki müdafiə və yanğından mühafizə qərargahı
Mülki müdafiə və yanğından mühafizə qərargahı

Mülki Müdafiə “Mülki Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun “Mülki Müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 saylı Qərarının və digər rəhbər sənədlərin tələblərinin yerinə yetirilməsinə, Mülki  Müdafiənin təşkilinə, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, ehtimal olunan və baş  verə biləcək fövqəladə hadisələrin qarşısının  alınması və nəticələrin aradan qaldırılması işinə ümumi rəhbərliyi həyata keçirir. Həmçinin ehtimal  olunan  fövqəladə hadisələrin və onların nəticələrinin proqnozlaşdırılması və qarşısının alınması üzrə profilaktik tədbirlərin  həyata keçirilməsi (Mülki Müdafiə planına əsasən); illik tədbirlər planı və beş illik tədbirlər planına görə, Mülki Müdafiə tədbirləri; kompleks Mülki Müdafiə təlimi; rəhbər heyətinin Mülki Müdafiə məşqi; fövqəladə hadisələr zamanı rəhbər heyətin, işçilərin və  tələbələrin vaxtında xəbərdar edilməsi; serena vasitəsilə rabitə sisteminin yaradılmasına  nəzarət edilməsi; fövqəladə hallarda ərazinin kimyəvi zəhərlənməsindən, radiaktiv tozlardan, zərbə dalğasından mühafizəsini təşkil etmək məqsədilə kollektiv mühafizə qurğularından sığınacaqlarda, radiasiya əleyhinə zirzəmilərdə mühafizə qurğularının hazır vəziyyətə gətirilməsini təşkil edir; əleyhqaz, respirator, mühafizə geyimi ilə təmin  edir; qəza və dağıntılar zamanı ilk təcili tibbi yardım dəstəsinin daim  hazırlığını təmin edir; “Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsində universitetin  əməkdaşlarının“ komandir hazırlığını, bütün dünyada olduğu kimi, 1 mart ümumdünya Mülki Müdafiə gününün keçirilməsini təşkil edir. MM və YM qərargahı universitetdəki bu işləri yerinə yetirir. MM və YMQ  rəisi vəzifəsini Məmmədova Aynur Ələddin qızı icra edir. Əmiraslanov Abdulla Əmiraslan oğlu Mülki Müdafiə mühəndisi, Nəbiyev Hüseyn Paşa oğlu isə Mülki Müdafiə vəYanğından Mühafizə mühəndisi vəzifələrində çalışırlar.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az