Əsas səhifə | Qiyabi, distant və əlavə təhsil üzrə prorektor
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor

Atayev Qafar Nəriman oğlu 1960-cı ilin sentyabr ayının 03-də Azərbaycan Respublikası, Salyan rayonu, Yenikənd kəndində anadan olmuşdur. 
1977-ci ildə Yenikənd kənd orta məktəbini bitirmişdir.
1977-1985-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Univerisiteti) təhsil alaraq muhəndis-sistemotexnik ixtisasina yiyələnmişdir. 
1977-ci ildə çilingər kimi əmək fəaliyyətinə başlamışdır.
1980-2002-ci illərdə Bakı Dövlət Univerisetində (BDU), müxtəlif vəzifəsində işləmişdir (texnik vəzifəsindən Kompüter mərkəzinin rəhbəri vəzifəsində qədər).
2002-2010-cu illərdə Azərbaycan Respublikasinin Türkmənistandakı Səfirliyində çalışmışdır.
2010-2014-cü illərdə BDU-nun İnformasiya Texnologiyaları mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır.
2014-cü il yanvar ayının 16-dan Sumqayıt Dövlət Universitetinin Qiyabi distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
Fizika-riyaziyyat elmləri namizədidir, 12 elmi məqalənin müəllifidir. Müxtəlif beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Ailəlidir, 3 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az