Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Ümumi şöbə
Ümumi şöbə
Sumqayıt Dövlət Universitetinin  Ümumi şöbəsinin fəaliyyəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin kargüzarlığın aparılmasına dair təlimatına və SDU-nun əsanaməsinə uyğun olaraq qurulmuşdur.
Ümumi şöbənin funksiyası aşağıdakılardan ibarətdir:
SDU-nun  kargüzarlıq işini təşkil etmək;
Ümumi şöbəyə  Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Təhsil Nazirliyi, tədris müəssisələri və digər idarə, təşkilatlardan daxil olan sənədlərlə yaxından  tanış olmaq, baxılmaq üçün rəhbərliya təqdim etmək,  müvafiq struktur bölmələrinə  paylanmasını həyata keçirmək, sənədlərin icrasına nəzarət etmək;
Rəhbərliyin tapşırığı ilə əmr və sərəncamların, məktubların, arayışların və digər sənədlərin hazırlanması  və rektorun imzasından sonra qeydiyyata alınaraq  paylanması;
SDU rəhbərliyi tərəfindən imzalanmış sənədlərin möhürlənməsi;
Vətəndaşların qəbulu prosesinin səmərəli təşkili;
SDU-nun struktur bölmələrində dövriyyədən çıxan sənədlərin arxivə   yerləşdirilməsi, arxiv sənədlərinin ekspertizasının təşkil edilməsi, dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması.
Vətəndaşların müraciətlərinə əsasən  arxiv sənədləri haqqında arayışların verilməsi.
Ümumi şöbənin müdiri bütünlüklə şöbənin fəaliyyətinə rəhbərlik edir və şöbənin funksiyalarının yerinə yetirilməsində məsuliyyət daşıyır.
İşçilərin sayı 10 nəfərdir.
Şöbənin müdiri Elnarə Məmmədovadır.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az