Əsas səhifə | Tələbə elmi cəmiyyəti
Tələbə elmi cəmiyyəti
Sumqayıt Dövlət Universitetinin (SDU) Tələbə-Elmi Cəmiyyəti (TEC) öz işini Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin və  Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təhsil elm haqqında dediyi hikmətli sözləri əsasında qurmağa çalışacaq
Peşəkar kadrların hazırlanması bu gün bizim üçün ən başlıca məsələlərdən biridir
                                                                                                                                                            İlham Əliyev
Təhsil ölkəmizdə priotitet sahədir və onun inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımı addımlar atılır
                                                                                                                                                                                                                                                                                             Mehriban Əliyeva
Hazırda Azərbaycan təhsilində,  o cümlədən SDU-da proseslər sürətlə aparılır və bu sahəyə dövlət qayğısı getdikcə artır. Büdcə vəsaitlərində təhsilə ayrılan pay ordu quruculuğundan sonra ikinci yerdə gəlir. Bu gün təhsildə müşahidə edilən müsbət göstəricilər uzun illərdir aparılan islahatların və təhsil konsepsiyasının düzgün qurulmasının nəticəsidir. Elm və texnologiyanın təsiri altında sürətlə dəyişən cəmiyyətdə qarşıya çıxan problemləri həll etmək üçün təhsil insanlara yeni biliklər və vərdişlər öyrətməlidir. Yeni təhsil sisteminin əsas prinsipi şəxsiyyətin diqqət mərkəzinə gətirilməsidi. Təhsil islahatları sistemə liberal dəyərlərə üstünlük verilməsi, kəmiyyət-keyfiyyət münasibətlərinin yeni siyasi şəraitə uyğun dəqiqləşdirilməsi kimi yeniliklər gətirir.  
Tələbələrin elmi-tədqiqat işlərinə Tələbə-Elmi Cəmiyyəti vasitəsilə cəlb olunmasına SDU-nun rektoru hörmətli Elxan müəllim  xüsusi fikir verir. Onun diqqət və qayğısı nəticəsində tələbələrin rahat işləməsi üçün  Elmi hissədə laboratoriyalar yaradılıb.
TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsil alanların elmi tədqiqat fəaliyyətinin yeni sosial iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
Biz çalışacağıq ki, bu məqsədlərə nail olaq, respublikamızdan kənarda keçirilən tələbə konfranslarında,  Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri olan ali məktəb tələbələrinin fənn olimpiyadalarında, eləcə də digər ali məktəblərdə keçirilən elmi-praktik konfranslarda SDU-nun TEC-i öz  layiqli yerini tutsun. 
Sumqayıt Dövlət Universitetinin son üç ilinə nəzər salsaq görərik ki, fəaliyyətimizdə ürəkaçan yeniliklər baş vermişdir. Qazanılan nailiyyətlərin kökündə isə elmimizə, təhsilimizə göstərilən dövlət qayğısı durur. Tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq üçün SDU-da  müntəzəm olaraq yeni  addımlar atılır.
Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin  fəaliyyətinin artırılmasına dair imzaladığı müvafiq sərəncama cavab olaraq tədbirlər planı hazırlanmışdır.  
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının Tədbirlər planı”na əsasən Təhsil Naziri Mikayıl Cabbarovun 27 iyun 2014-cü il 752 nömrəli əmrinə uyğun olaraq Sumqayıt Dövlət Universiteti (SDU) Tələbə Elmi Cəmiyyətinin 05 dekabr 2014-cü ildə 400 üzvünün iştirakı ilə təsis konfransı keçirildi. SDU TEC-in nizamnaməsini, TEC-in 19 nəfərdən ibarət Şura üzvlərini, Şura sədrini, katibini seçərək təsdiq etdi. Nizamnamədə göstərildiyi kimi, fakültələr üzrə TEC-in elmi rəhbərləri, hər il davamlı olaraq Şura üzvləri və Şura sədrləri seçilir. 
İndiyədək TEC-in üç elmi konfransı (2015, 2016 və 2017-ci illərdə) keçirilmişdir. I konfransda 78, II konfransda 189, III konfransda isə 191 nəfər tələbənin məruzəsi (o cümlədən, Rusiyanın  M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən – 1, Böyük Pyotr Sankt-Peterburq Politexnik Universitetidən – 1,  Pskov Dövlət Universitetindən – 25, və Ukraynanın Zaporojye Dövlət Mühəndislik Akademyasından – 5 məruzə olmaqla 32 məruzə xarici universitetlərdən) TEC-in konfrans materiallarında nəfis şəkildə çap olunmuşdur. Bu konfranslarda daha fəal iştirak edən tələbələr müxtəlif dərəcəli diplomlarla təltif olunmuşlar.  
2015, 2016, 2017-ci illərdə TEC-in üzvləri təkcə universitetdaxili konfranslarda deyil, eləcə də respublikada və bütün ezamiyyət xərcləri SDU tərəfindən ödənilməklə xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda fəal iştirak etmişlər. 
2015-ci ildə Rusiya Federasiyasının Voronej şəhərində Voronej Dövlət Meşə Texniki Universitetinin keçirdiyi “Texniki və riyaziyyat” elmləri üzrə Beynəlxalq Gənclər Forumunda SDU-dan 29 nəfər tələbənin elmi məqaləsi çap olunmuşdur. prof. C.F.Məmmədovun rəhbərliyi ilə 3 nəfər tələbə həmin konfransda uğrula iştirak edərək mükafatlandırılmışlar. 
2016-cı ildə respublikanın digər ali məktəblərində  və xarici ölkələrdə keçirilmiş konfranslarda TEC üzvlərinin 75 məruzəsi çap olunmuşdur: Bakı Slavyan Universitetində – 8, Qafqaz Universitetində – 6, Azərbaycan Texniki Universiteti – 5, Əmək və Sosial Münasibətlər Akademiyası – 4; Rusiya  Federasiyasının Sankt-Peterburq Akademik Universitetində – 5, Pskov Dövlət Universiteti – 29, Ural Metallurgiya İnstitutunda – 2, Ukrayna Sumı Dövlət Universitetində – 15 və Belorus Beynəlxalq Universitetinin Qomel filialında – 1. 
2016-cı ildə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Sankt-Peterburq Akademik Universitetin rektoru, Nobel mükafatı laureatı, akademik Jores İvanoviç Alfyorovun rəhbərliyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “A 3rd International School and Conference on Optoelectronics, Photonics, Engineering and Nanostructures – Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransda TEC-in elmi rəhbəri dos. İ.G.Paşayevin rəhbərliyi ilə 3 nəfər tələbə müvəffəqiyyətlə iştirak etmiş, diplomla təltif olunmuşlar. Həmçinin TEC-in 14 nəfər üzvünün çıxışı da respublikada keçirilən beynəlxalq konfranslarda maraqla qarşılanmışdır.
2017-ci il 02-09 aprel tarixlərində Rusiyanın Pskov Dövlət Universitetində keçirilən “Gənclik – Elm 2017” gənclərin beynəlxalq elmi-təcrübi konfransında TEC-in elmi rəhbəri dos. İ.G.Paşayev və SDU-nun 3 nəfər tələbəsindən ibarət heyət iştirak etmiş, sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar. 2017-ci ildə respublika və xarici beynəlxalq konfranslarda tələbələrin 37 elmi məruzəsi çap edilmişdir.  
“Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Entrepreneurial Action Us – Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. 2005-ci ildən Azərbaycan “ENACTUS” proqramına qoşulmuş, 2006-cı ildən isə dünya kubokları yarışlarında iştirak etmək hüququnu qazanmışdır. Dünya üzrə “ENACTUS” proqramına 50-yə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 67000-dən çox tələbə qoşulmuşdur. 19.12.2014-ci il tarixindən isə SDU “ENACTUS” proqramına  üzv olmuşdur. 
30-31 may 2015-ci il tarixində Bakı şəhərində “ENACTUS” proqramı üzrə  keçirilən X Milli Yarışda TEC-in komandası “Panda school”- məktəbəqədər hazırlıq mərkəzi” layihəsi ilə üçüncü yerə, 26-27 may 2016-cı ildə keçirilən XI Milli Yarışda isə “Ölkənin ərzaq təhlükəsizliyinin həlli istiqamətində təbii yem - qoza” layihəsi ilə “Ən yaxşı sahibkarlıq layihəsi” nominasiyasında diploma və ikinci yerə layiq görülmüşdür. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az