Əsas səhifə | Elmi kitabxana
Elmi kitabxana
Kitabxana  xalq, millət  üçün, cəmiyyət  üçün  müqəddəs  bir  yer,  mədəniyyət, bilik, zəka mənbəyidir
                                                                                                                                                                                                       Heydər Əliyev
Azərbaycan xalqı həmişə özünün yüksək kitab mədəniyyəti ilə sayılıb-seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır.
“Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanun”unda deyildiyi kimi, kitabxana elm, informasiya, mədəniyyət, təhsil müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistematik ifadəsini təşkil edən cəmiyyət, intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.
1966-cı ildən M.Əzizbəyov adına Neft Kimya İnstitutunun filialı  kimi işə başlamış, 1975-ci ildən Azərbaycan  Sənaye İnstitutunun, 2000-ci ildən isə Sumqayıt Dövlət Universitetinin kitabxanası kimi fəaliyyət göstərən kitabxana SDU-nun Elmi Şurasının 28 fevral 2014- cü  il tarixli  iclasının  qərarı ilə  Elmi  kitabxana  adlandırılıb.
Məqsədi:
a)Elmi  kitabxana  ali  məktəbin  aparıcı  struktur  bölmələrindən  biri  olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris edən, elmi, metodiki  ədəbiyyatla və informasiya materialları ilə təmin edən, bilikləri təbliğ  edən  mənəvi və  intellektual  əlaqələrin  yayılması  mərkəzidir. 
b) Elmi kitabxana öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan  Respublikasının Təhsil  haqqında Qanununu, «Kitabxana  işi  haqqında» Qanunu, Dövlət və hökumət sənədlərini, Təhsil Nazirliyinin əmr, sərəncam və normativ sənədlərini, tərkibində  olduğu  ali məktəbin  əmr və sərəncamlarını  rəhbər  tutur.
Vəzifəsi:
1) Bakalavr,  magistrant, doktorant, elmi  işçi, professor - müəllim  heyəti və universitetin digər  kateqoriyadan olan oxucularının  informasiya tələbatına və sorğusuna uyğun  şəkildə  kitabxana, məlumat-biblioqrafiya  xidməti  göstərmək.
2) Universitetin  profilinə və oxucuların  informasiya  tələbatına uyğun kitabxana fondunu formalaşdırmaq, ənənəvi çap məhsulu ilə yanaşı  yeni  informasiya  texnologiyasına  keçmək, informasiya  mədəniyyətini tərbiyə etməklə bərabər, oxuculara kitabxananın məlumat-biblioq-rafiya aparatından və yeni informasiya texnologiyasından istifadə  etmək  bacarığını  aşılamaq.
SDU-nun  Elmi  kitabxanası  kitab  fondunun  komplektləşdirilməsini  ixtisaslara  uyğun  təşkil  edir.
Elmi  kitabxana  oxuculara  kitab  fondundan  daha  səmərəli  şəkildə istifadə etməkdə  kömək  edir, professor-müəllim heyətini, doktorant, magistrant, tələbələri dərslik, dərs vəsaitləri, metodik  göstərişlər, jurnallar  və  onların  elektron  variantları  ilə  təmin  edir. Elmi  kitabxanada  4  şöbə  fəaliyyət  göstərir:
1.Komlektləşdirmə və  kitabişləmə  şöbəsi
2.Xidmət  şöbəsi ( abonement və oxu zalı )
3.Məlumat - biblioqrafiya  şöbəsi
4.Bədii  ədəbiyyat  şöbəsi
3.Elmi  kitabxananın  fondu:
1.Ümumi  fond - 140987
2.Azərbaycan  ədəbiyyatı - 53515
3.Rus  ədəbiyyatı - 57280
4.Metodika - 8946
5.Jurnal  - 19236
6.Avtoreferat – 1309
7.Magistr dissertasiyası  - 701
Müasir kompüter avdanlığı ilə təchiz olunmuş və internet şəbəkəsinə qoşulmuş Elmi kitabxanada elektron kitabxana fəaliyyət göstərir.
Elektron kitabxananın bazasında 3500 adda  ədəbiyyat yerləşdirilib.                   
Həmçinin elektron kataloqda yaradılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bundan başqa, kafedralardan göndərilən mühazirə mətnlərinin elektron variantı kompüterlərdə yerləşdirilir və tələbələrin istifadəsinə verilir. Elmi kitabxananın 18 nəfər əməkdaşı  var.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az