Əsas səhifə | Haqqımızda
Haqqımızda

Sumqayıt Dövlət Universitetinin nəzdində
Sumqayıt Dövlət Texniki Kolleci
haqqında ümumi məlumat

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr  mütəxəssislərinin  hazırlanmasını həyata keçirən  tədris müəssisisədir.
Sumqayıt Dövlət Texniki Kolleci 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun bazasında yaradılmışdır. Müəssisənin ilk adı Sumqayıt  Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya Texnologiya Texnikumu olmuş, 1992–ci ildən  yenidən  Sumqayıt  Texnologiya  Texnikumu adlandırılmışdır.
Azərbaycan Respubikası  Nazirlər Kabinetinin  26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  03 sentyabr 2002-ci il tarixli 878 sayli əmri  ilə  Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir. 
Sumqayıt Dövlət Texniki Kolleci 2005–ci ildə  Azərbaycan  Respublikası  Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, Ədliyyə Nazirliyində 1105-A1-420 saylı 27.05.2005-ci il tarixli şəhadətnamə ilə qeydiyyata alınmış nizamnaməsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar  2011-ci il tarixli, 7 nömrəli qərari ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisənin numunəvi nizamnaməsi”nə uyğun olaraq  fəaliyyət göstərir.
Kollec Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 37 ünvanında yerləşir. Kollecin əsas tədris binası 3 mərtəbəli, köməkçi tədris binası 2 mərtəbəli binadan ibarətdir. Kollecin 3 mərtəbəli tələbə yataqxanası vardır.
Kollec layihəyə əsasən kompleks təhsil müəssisədir. Kollecin kompleksinə 1 ədəd 3 mərtəbəli, 1 ədəd 2 mərtəbəli tədris binası, 1 ədəd 3 mərtəbəli tələbə yataqxanası, 1 ədəd mətbəx, idman zalı, mini futbol meydançası, voleybol meydançası, 1 ədəd gözətçi otağı daxildir.
Sumqayıt Dövlət Texniki Kollecində 2016-2017–ci tədris ilində 13 ixtisas üzrə əyani şöbədə 54 qrupda 1081 nəfər, qiyabi şöbədə 10 qrupda 168 nəfər olmaqla cəmi 1249 nəfər tələbə,  o cümlədən dövlət hesabına 539 nəfər və ödənişli əsaslarla 710 nəfər tələbə təhsil alır.
Kollecdə dərslər 2 növbəli olmaqla  həftənin l-V  günləri,  1-ci növbə saat 800 –dan 1310 –dək, 2-ci növbə 1320-dan 1830-ə dək keçirilir. Kollecdə dərslər ümumillikdə 35 auditoriya, o cümlədən 2 laboratoriya, 17 fənn kabinetində və idman zalında tədris olunur.
Kollecdə istehsalat təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu, Sumqayıt Sərnişin ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə, Sumqayıt Təhsil Şöbəsi, Sumqayıt şəhər “İnter Tekstil” ASC, ”Nursoft“ MMC müəssisələrində keçirlir.    
Kollecdə 54 nəfərdən ibarət rəhbər və tədris-köməkçi heyət, 21 nəfərlik xidmətedici heyəti, 100 nəfəri ümumtəhsil və ixtisas fənn müəllimləri olmaqla cəmi 175 nəfərlik işçi heyəti fəaliyyət göstərir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az