Əsas səhifə | Riyaziyyat
Riyaziyyat
Fakültənin əsası 1973-cü ildə Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika fakültəsinin yaranması ilə qoyulmuşdur. 1992-ci ildən Avtomatika və Mexanika fakültəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan Sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə  1997-ci ildə Mexanika və avtomatika fakültəsinin bazası əsasında  yeni  mexanika  fakültəsi yaradılmışdır. 2002-ci ildə Mexanika fakültəsi Mexanika-riyaziyyat fakültəsinə,  2006-cı ildə isə fakültədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq  Mexanika-riyaziyyat fakültəsi Riyaziyyat fakültəsinə cevrilmişdir.
2002-ci ildən fakültəyə  fizika-riyaziyyat elmləri namizədi, dosent Zəfər Qafar oğlu Huseynov rəhbərlik edir. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Z.Q.Hüseynova Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Müəllimi fəxri adı verilmişdir.
Fakültədə 7 professor, 21 nəfər dosent, 5 nəfər baş müəllim, 14 nəfər assistent, 8 nəfər baş laborant, 8 nəfər laborant, 4 nəfər tütor çalışır.
Hazırda 9 doktorant və 7 dissertant elmi iş üzərində çalışır.
Fakültədə  tədris əyani və qiyabi formada aparılır. 550 nəfər tələbə bakalavr pilləsində, 29 nəfər isə 6 ixtisas üzrə magistraturada təhsil alır.
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
- Riyazi analiz və funksiyalar nəzəriyyəsi
- Diferensial tənliklər və optimallaşdırma
- İnformatika
- Riyaziyyat və onun  tədrisi metodikası
Bakalavr pilləsindəki ixtisaslar:  
- Riyaziyyat
- Riyaziyyat müəllimliyi
- Riyaziyyat və informatika müəllimliyi
- Kompüter elmləri
Magistratura pilləsindəki ixtisaslaşmalar:
- Riyazi analiz
- Hesablama riyaziyyatı
- Diferensial tənliklər
- Optimallaşdırma və optimal idarəetmə
-  Riyazi fizika
-  İnformatika
-  Riyaziyyatın tədrisi metodologiyası və metodikası.
Fakültənin əsas elmi - tədqiqat istiqamətləri:
- Riyazi analizin tətbiqi məsələləri
- Operatorların spektral nəzəriyyəsi və spektral   analizin tərs məsələləri 
- Modulyar dinamik sistemlərin modelləşdirmə, optimallaşdırma və sistem dinamikası məsələlərinin tədqiqi
-Toplanmış və paylanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələlərinin    tədqiqi
- Müxtəlif özlü-elastik mühitlərdə termodinamik dalğaların yayılması məsələlərinin riyazi modelləşdirilməsi və onların araşdırılması
- Diskret sistemlərin modelləşdirilməsi və idarə olunması
- Riyaziyyatın tədrisi metodologiyası və metodikası
 
Riyaziyyat fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az