Əsas səhifə | İqtisadiyyat və İdarəetmə
İqtisadiyyat və İdarəetmə

 Hazırda fakültənin dekanı dosent Yəhyayeva Aynurə Yusif qızıdır. 2015-ci ildən bu fakültəyə rəhbərlik edir. Tədris əyani və qiyabi formada aparılır. Fakültədə 57 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 5 nəfər professor, 3 nəfər iqtisad elmləri üzrə fəlsəfə doktoru,  12 dosent, 19 baş müəllim, 6 müəllim, 4 baş laborant və 10 nəfər laborant fəaliyyət göstərir. Hazırda bakalavr pilləsində təhsil alan tələbələrin sayı 1066 nəfərdir. Bunlardan 794 nəfər əyani şöbədə, 272 nəfər qiyabi şöbədə təhsil alır. Magistratura pilləsində isə 24  nəfər təhsil alır. 

İqtisadiyyat və idarəetmə fakültəsində 4 kafedra fəaliyyət göstərir: 
1.Maliyyə və mühasibat uçotu kafedrası
2.Dünya iqtisadiyyatı və marketinq  kafedrası
3.Biznesin təşkili və menecment kafedrası
4.İqtisadiyyat kafedrası
Bakalavr pilləsi üzrə ixtisaslar bunlardır:
1.Menecment
2.Biznesin idarə edilməsi
3.Mühasibat uçotu və audit
4.Dünya iqtisadiyyatı
5.İqtisadiyyat (rus, Azərbaycan)
6.Maliyyə 
Magistratura pilləsi üzrə aşağıdakı ixtisaslarda tədris aparılır:
1.Biznesin  idarə edilməsi
2.Menecment (sahələr üzrə)
3.Menecment (İnnovasiyaların və layihələrin idarə olunması)
4.Turizmin iqtisadiyyatı
5.Biznesin idarə edilməsi (MBA)
6.İstehsal sferasında mühasibat uçotu və audit
7.Beynəlxalq iqtisadi münasibətlər
8.Gömrük işi
 
İqtisadiyyat və İdarəetmə fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az