Əsas səhifə | Karyera mərkəzi
Karyera mərkəzi

Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2009-cu il tarixli 833-IIIQ №-li "Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa" əsasən yaradılmışdır.
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin Əsasnaməsi Sumqayıt Dövlət Universiteti Elmi Şurasının 29.05.2015-ci il tarixli iclasının (pr. № 08) qərarı ilə təsdiq edilmişdir.
Sumqayıt Dövlət Universitetinin "Karyera Mərkəzi" universitetin struktur bölməsidir və ali təhsilin iki pilləli strukturunda magistrantların və bakalavrların ixtisas yönümlü təcrübəsini təşkil etməli, məzunlara işə düzəlməkdə dəstək göstərməlidir.
"Karyera Mərkəzi" öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq dövlət, özəl və xarici müəssisələrlə bağlanmış sazişlər və müqavilələr əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Dünya təcrübəsində universitetlərin və eləcə də fakültələrin, kafedraların reytinqinin müəyyən edilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Karyera mərkəzi Sumqayıt Dövlət Universitetində təhsil alan yuxarı kurs tələbələrinin  karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət verərək, onları iş dünyasına hazırlayır.
Karyera Mərkəzinin yaradılmasınin başlıca məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

KARYERA MƏRKƏZİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
1. Tələbə, magistr, doktorant və dissertantların elektron məlumat bazasının hazırlanması;
2. Tələbə və magistrlərin biznes-inkubasiya mexanizminin hazırlanması;
3. Karyera Mərkəzinin internet portalının yaradılması və idarə olunması;
4. Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsi;
5. Analitik qrupların yaradılması;
6. İstehsalat və pedaqoji təcrübələrin təşkili;
7. Konsaltinq xidmətinin göstərilməsi və müxtəlif sferalarda layihələrinin hazırlanması.
Karyera Mərkəzinə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakultəsinin Sosiologiya və politologiya kafedrasının baş müəllimi Bünyadov Zahid Vahab oğlu rəhbərlik edir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az