Əsas səhifə | Tarix və coğrafiya
Tarix və coğrafiya

2000-ci ildə Tarix-Filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix-Filologiya fakültəsinə çevrilmiş, 2003-2014-cü illərdə müstəqil Tarix fakültəsi kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən Tarix və coğrafiya fakültəsi adlanır. Fakültəyə yarandığı gündən t.e.d., prof.A.B.Baxşəliyev rəhbərlik edir.
Fakültədə 5 professor, 23 dosent, 11 baş müəllim və 9 müəllim çalışır, 2 doktorant və 4 dissertant elmi işlə məşğul olur.
Fakültədə tədris əyani və qiyabi formada apaılır. Hal-hazırda fakültədə bakalavr pilləsində 916 tələbə ( onlardan 828 tələbə əyani, 89 tələbə qiyabi təhsil alır), magistr pilləsində isə 46 magistrant təhsil alır.
Fakültədə 7 kafedra fəaliyyət göstərir:
-Azərbaycan tarixi
-Qədim dünya və orta əsrlər tarixi
-Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi
-Fəlsəfə və hüquq kafedrası
-Sosiologiya və politologiya
-Fiziki coğrafiya
-İqtisadi və sosial coğrafiya
Bakalavr pilləsindəki ixtisaslar:
-Tarix
-Tarix müəllimliyi
-Tarix və coğrafiya müəllimliyi
-Coğrafiya müəllimliyi
-Sosiologiya
-Politologiya
Magistratura pilləsindəki ixtisaslaşmalar:
-Azərbaycanın qədim və orta əsrlər tarixi
-Azərbaycanın yeni və ən yeni tarixi
-Avropa və Amerikanın yeni və ən yeni tarixi
-Tarix fənninin tədrisi metodologiyası və metodikası
-İdarəetmənin sosiologiyası
-Azərbaycanın fiziki coğrafiyası
-İqtisadi və sosial coğrafiya
-Coğrafiya fənninin tədrisi metodologiyası və metodikası
Fakültənin əsas elmi istiqamətləri:
-Azərbaycanın qədim və orta əsrlər dövrünün problemlərinin öyrənilməsi
-Tarixin tədrisinin yeni metod və üsullarının öyrənilməsi
-Sosial fəlsəfənin müasir problemləri
-Şəhərlərin iqlim şəraiti və onun havanın antropogen çirklənməsində rolunun tədqiqi
-Orta şəhərlərin iqtisadi-sosial vəziyyəti və onların tənzimlənməsi yollarının öyrənilməsi 

Tarix və coğrafiya fakultəsinin kafedraları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az