Əsas səhifə | Tələbə gənclər təşkilatı
Tələbə gənclər təşkilatı

Azərbaycan Respublika Prezidentinin İcra Apartının 2005-ci il 15 fevral tarixli, 41 №-li Sərəncamına əsasən Təhsil Nazirliyinin 2005-ci il 28 fevral tarixli 89 №-li Əmri ilə SDU-da 2005-ci il 29 mart tarixdə Tələbə Gənclər Təşkilatının təsis konfransı keçirilmişdi. Təşkilatın əsas məqsədi Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək Respublikanın ictimai, mədəni, sosial iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Bu gün SDU-da gənclərin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılmışdır. Müasir idman kompleksi, zəngin kitabxana, geniş akt zalı, incəsənət sahəsində bacarığı olanlar üçün müxtəlif dərnəklər və s. tələbələrin ixtiyarındadır.
Təşkilat həmçinin təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları qeyri-hökümət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqəda fəaliyyət göstərir.
Hazırda SDU-da Tələbə Gənclər Təşkilatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, vətənpərvərlik ruhunun artırılması və s. istiqamətdə görülən tədbirləri davam etdirir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az