Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi
Sumqayıt Dövlət Universitetinin nəzdindəki Heydər Əliyev  Mərkəzi universitetin rektoru prof. E.B.Hüseynovun №R-25/1 əmri ilə 02.10.2015-ci ildən fəaliyyət göstərir.
Hal-hazırda Heydər Əliyev Mərkəzinin müdiri vəzifəsini Namazova Təranə Fərman qızı icra edir. Heydər Əliyev Mərkəzinin guşələrində Ulu öndərin bir çox şəxsi sənədləri, orta məktəbi bitirməsi ilə əlaqədar attestatı, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirdiyini təsdiqləyən diplom,  I və II hakimiyyəti dövründə aldığı təltiflər öz əksini tapmışdır. Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələr üçün örnək olan bu sənədlərin son dərəcə tərbiyəvi əhəmiyyəti vardır. Ulu öndərin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə dönüşünü əks etdirən tarixi faktlar, müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılması, xarici ölkələrə səfərləri, bu səfərlərdə Azərbaycanın milli maraqlarının qorunması yolunda atdığı addımlar fotoşəkillər və sənədlərlə tarixiləşdirilib. Ulu öndərin bir çox ölkə başçıları ilə görüşləri və aparılan danışıqlar ayrıca guşədə öz əksini tapmışdır.
Heydər Əliyevin Sumqayıt şəhərinə müxtəlif dövrlərdə səfərləri ilə bağlı fotoşəkillər mərkəzin guşələrində yerləşdirilmişdir. Universitetin   Heydər Əliyev Mərkəzində Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, ömrünün ən incə məqamlarından bəhs edən sənədlər, fotoşəkillər, kitablar vardır. Bu böyük şəxsiyyət  haqqında yazılmış tarixi kitablar  xüsusi maraq doğurur.
Heydər Əliyev Mərkəzini tanınmış ictimai-siyasi xadimlər, elm və təhsil nümayəndələri ziyarət edir, təəssüratlarını bölüşür, mərkəzin xatirə kitabında Ulu öndərlə bağlı xoş sözlər, tarixi kəlamlar yazırlar. Mərkəzdə müxtəlif vaxtlarda baş vermiş tarixi hadisələrlə bağlı seminarlar da təşkil edilir: 1918-ci il Mart soyqırımı, AXC-nin yaranması, Dirçəliş Günü, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, YAP-ın  yaranması, Qurtuluş Günü, Respublika Günü, Əsrin müqaviləsi, Müəllimlər Günü, Silahlı Qüvvələr Günü, Ulu Öndərin Anım Günü və s. 
Heydər Əliyev Mərkəzi hər bir universitet əməkdaşı üçün bir  nümunə mərkəzidir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az