Əsas səhifə | Mühasibatlıq
Mühasibatlıq
Sumqayıt Dövlət Universitetinin mühasibatlığı büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işləri aparılır.
Universitetin mühasibatlığı xərclər smetalarının icrasına, müəssisələrarası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanmasına, öhdəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir.
Büdcə və xüsusi vəsaitlər üzrə xərclər smetalarının, elmi-tədqiqiat laborotoriyalarının xərclər smetalarının və digər büdcədənkənar vəsaitlərin mühasibat uçotu “Büdcədən maliyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair məlumat”a uyğun olaraq, vahid balansda aparılır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli, 1-05 nömrəli əmri ilə təstiq edilmiş “Büdcə təşkilatları üçün 24 adda Milli Mühasibat uçotu standartları” na uyğun hesabatların təqdim olunmasına 2010-cu ildən başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli, 220 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq uçotun qurulub aparılması təmin edilmişdir.
Bütün mühasibat işləri mühasibat proqramları əsasında qurularaq 10 kompüterdə işlənir.
Mühasibatda ştat olaraq 9 işçi çalışır.
Mühasibatlıqda işçilər arasında işin həcmindən və funksional əlamətlərindən asılı olaraq, xidməti vəzifələrin bölgüsü əsasında iş aparılır.
Mühasibatın baş mühasibi - Abdullayev Şahmar Həsən oğlu mühasibat uçotu və hesabatların təşkilinə rəhbərlik edir və xərclər smetasanın icrasına və xüsusi vəsaitlərin hərəkətinə daim nəzarət edir.
Baş mühasibin müavini Rzayev Rəvan Elşad oğlu baş mühasibin bütün işlərinə kömək etməklə, uçot-hesab işlərini aparır,imzadan başqa bütün işlərin aparılmasının təşkil edilməsinə kömək edir.
Aparıcı iqtisadçı Əhmədov Qabil Qulu oğlu bütün statistik hesabatları və iqtisadi işləri aparır.
Aparıcı mühasib Rüstəmov Rövşən Cəfər oğlu mal-material, inventar-avadanlıqların uçotu və idarə, təşkilatlarla hesablaşmaların uçotunu aparır.
Aparıcı mühasib Rzalı Zəminə Adil qızı əməkhaqqı üzrə işləyir.
Aparıcı mühasib Vəliyeva Lalə İnqilab qızı müavinət işləri və bank maliyyə sənədlərinin pul köçürmələri üzrə işləyir.
Aparıcı mühasib Məmmədova Esmira Məzahir qızı ödənişli əsaslarla təhsil alan tələbələrin uçotunu aparır və bu sahə üzrə hesabatları işləyir.
Mühasib Buxsayeva Esmira Mirzəxan qızı tələbə təqaüdü, saathesabı ə/h və plastik kartların alınması təşkilatlara məktubların hazırlanması işini aparır.
Mühasib Nağıyeva Kifayət Mustafa qızı təhsilhaqqı toplanması işlərini aparır.
Sumqayıt Dövlət Universitetinin işçilərinin bütün əməkhaqqı, təqaüdlər və başqa ödənişləri plastik kartlar vasitəsilə ödənilir.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az