Əsas səhifə | Humanitar məsələlər üzrə prorektor
Humanitar məsələlər üzrə prorektor

 Hüseynov  Ramiz  Ağəli oğlu 1970-ciil də Ermənistan Respublikasının Amasiya rayonunun Göllü kəndində anadan olmuşdur. 1987-ci ildə Göllü kənd orta məktəbini,  1993-cü ildə Sumqayıt Dövlət Universitetinin Energetika fakültəsini fərqlənmə diploma ilə bitirmişdir.
1994-1998-ci illərdə Sumqayıt Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir.
1998-2000-ci illərdə Sumqayıt Dövlət Universitetinin Elektromexanika kafedrasında assistent, 2000-2003-cü illərdə baş müəllim işləmiş və 2003-cü ildən indiyədək isə dosent vəzifəsində işləyir.
2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini, 2011-ci ildə isə dosent elmi adını almışdır. 
2003-2015-ci  illərdə Fizika və elektroenergetika fakültəsində dekan müavini vəzifəsində işləmişdir. 
2015-ci ildən 2017-ci ilə qədər Doktorantura və magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
05.01.2017-ci ildə Təhsil naziri cənab Mikayıl Cabbarovun əmri ilə Sumqayıt Dövlət Universitetində Humanitar məsələlər üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
50-dən çox elmi əsərin, o cümlədən 5 ixtiranın, 7 metodik vəsaitin müəllifidir. 
Hal-hazırda elmlər doktoru proqramı üzrə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun doktorantıdır.
2012-ci  ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür. 
Ailəlidir, 3 övladı var.  Yeni Azərbaycan Partiyasının üzvüdür. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az