Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Hazırlıq kursu mərhələsi
Hazırlıq kursu mərhələsi
Bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün seçdikləri ixtisasa uyğun olaraq 2 semestr müddətində dil hazırlığı kursları təşkil edilir. Kursda dərslər Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Tədris planına əsasən keçirilir. Dərslər Azərbaycan dilində aparılır. Hazırlıq kursunun yekununda dinləyicilər buraxılış imtahanlarında iştirak edirlər. İmtahanları müvəffəqiyyətlə vermiş dinləyicilərə kursu bitirdiyinə dair təhsil haqqında vahid formada dövlət şəhadətnaməsi təqdim edilir.
Hazırlıq kursunda təhsil haqqı bütün ixtisaslar üzrə 1000 dollar təşkil edir. Təhsil haqqı tədris ilinin əvvəlində ödənilir.
Hazırlıq kursunda təhsil almaq istəməyən əcnəbi vətəndaşlar isə tədris dilini bilmələri barədə imtahanda iştiraka dəvət olunurlar. İmtahanı müvəffəqiyyətlə verən əcnəbi vətəndaşlar hazırlıq kursu keçmədən seçdiyi ixtisas üzrə təhsilini 1-ci kursdan davam etdirə bilərlər. Tədris dili imtahanından keçməyən əcnəbi vətəndaşlar isə “Hazırlıq kursu”nda təkrar təhsil almaq imkanına malikdirlər.
 
Hazırlıq kursunda dərslərin başlama tarixi: 01 oktyabr  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az