Əsas səhifə | Mühəndislik | İnformasiya texnologiyaları və proqramlaşdırma
İnformasiya texnologiyaları və proqramlaşdırma
 1.1992-ci ildə yaradılan Hesablama texnikası və proqramlaşdırma kafedrasının əsasında 1994-cü ildə Avtomatlaşdırılmış layihələndirmə sistemləri və proqramlaşdırma kafedrası, 2010-cu ildə isə  İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası yaradılmışdır. 1992-ci ildən 2017-ci ilin mayına kimi kafedraya t.e.d., professor  Əhmədov M.A. rəhbərlik etmişdir. 16.05.2017-ci il tarixindən kafedrayat.e.d., professor Hüseynov A.H. rəhbərlik edir. 
2.Kafedrada 2 professor, 2 dosent, 5 baş müəllim, 3 assistent  və 5 nəfərdən ibarət tədris-köməkçi heyət fəaliyyət göstərir. 
1.Hüseynov A.H.- kafedra müdiri, t.e.d., 0,5 şt.professor
2.Əhmədov M.A.- t.e.d., 1 şt.professor
3.Rəhimov Ş.R.- t.e.n. 1 şt. dosent
4.Talıbov N.H.- t.e.n. 0,5 dosent
5.Əmraslanov B.Q.- 1 şt. baş müəllim
6.Sadıqov Z.Ə.- 1 şt.baş müəllim`
7.Əhmədova S.M.- 0,5 şt baş müəllim
8.Tağıyeva T.A.- 1 şt. baş müəllim
9.Cəfərova Ş.M. - 1 şt.baş müəllim 
10.Məmmədova G.A. - 1 şt.assistent
11.Orucova G.E. - 1 şt.assistent
12.Əliyeva A.Q. -  0,5 şt. assistent
13.Məmmədova M.R.- laboratoriya müdiri (dissertant)
14.İbrahimova P.Ə.- 0.5 şt. baş laborant
15.Əzizli N.C.- 0,5 şt. baş laborant (dissertant)
16.Zeynalova S.M.- baş laborant (doktorant)
17.Zeynalabdıyeva İ.S.- 0.5 şt. baş laborant (doktorant)
4.Kafedrada 3 dissertant, 3 doktorant və 15 magistrant elmi işlə məşğul olur.
5.2017-2018- ci  tədris ilində kafedrada aşağıdakı fənlər tədris olunur:
5.1 Bakalavr pilləsi üçün tədris olunan fənlər:
1.Kompüterdə proqramlaşdırmanın elementləri
2.İnformasiya texnologiyalarına giriş
3.İnformatika
4.İnformatikanın əsasları
5.Mühəndis riyaziyyatı
6.Verilənlərin strukturu və verilənlərin baza  sistemləri
7.Proqramlaşdırmanın əsaslari
8.Multimediya texnologiyaları.
9.İnformasiya texnologiyalarının təhlükəsizliyi
10.Obyektyönümlü proqramlaşdırma
11.Kompüter arxitekturası
12.İnformasiya sistemləri
13.İnformasiya texnologiyalarının riyazi elementləri
14.Hesablama təcrübələri
15.Kompüter şəbəkəsinə giriş
16.Tətbiqi riyaziyyat
17.Sistem analizi və kompüterdə modelləşmə
18.Formal dillər və avtomatlar  nəzəriyyəsi.
19.Sistemproqramtəminatıvəəməliyyatsistemləri
20.Korporativ informasiya sistemləri
21.Avtomatlaşdırılmış informasiya və idarə sistemi
22.Kompüter qrafikası
23.Sistem proqramlaşdırılması
24.Əməliyyatların tədqiqi
25.İntellektual sistemlər
26.İnternet texnologiyaları
27.Kompüter şəbəkələri
28.Kompüter texnikasının nəzəri əsasları
29.Proqramlaşdırma vəsaitlərinin layihələndirilməsi
30.Biliklər bazasının struktur modelləri
31.İnformasiya sistemlərinin layihələndirilməsi
32.İnformasiya texnologiyaları və proqramlaşdırma
33.Sistem proqramlaşdırılması və əməliyyat sistemləri
5.2 Magistratura pilləsi üşün tədris olunan fənlər:
1.Elm və təhsildə kompüter texnologiyaları
2.Web tətbiqlərin inkişafı
3.Baza məlumatlarının idarə edilməsi
4.İnformasiya  sistemlərinin idarəedilməsi
5.Qərar qəbuletmə
6.İnformasiya texnologiyalarının layihələndirilməsi
7.Müasir səviyyəli verilənlər bazası
8.İnformasiya sistemlərinin müasir problemləri
9.İnformasiya sistemlərinin tarixi və inkşafı
10.Proqramlaşdırma dillərinin nəzəriyyəsi və praktikası
11.Şəbəkə əməliyyat sisteminin proqram təminatı
12.Müasir internet texnologiyaları
13.İnformasiya sistemlərinin tətbiqi proqram paketləri
14.İdarəetmədə Web texnologiyaları
15.İnformasiya sistemlərinin avtomatlaşdırılmış modelləşdirilməsi və tədqiqi üsulları
16.İnformasiya sistemlərində qərar qəbulunun əsasları
17.İdarəetmədə informasiya sistemlərinin avtomatlaşdırılmış layihələndirilməsi
18.Biliklər bazası və ekspert sistemləri
19.Tədqiqat üsulları.
6. Hal-hazırda  kafedrada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli,08 saylı qərarı ilə təsdiq edilmiş 050632-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi istiqaməti üzrə 050655- İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr, 060632 – İdarəetmədə informasiya sistemləri ixtisasları üzrə magistr və MBA proqramı üzrə magistr  hazırlığı həyata keçirilir.
7. Son 5 ildə  kafedra əməkdaşlarının apardıqları elmi-tədqiqat işlərinin nəticələri 4 monoqrafiyada, 5 kitabda,  respublika və xarici ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş 373 elmi məqalədə  (o cümlədən, 53-ü xaricdə),  respublika və  beynəlxalq simpoziumlardakı məruzələrdə (200-ə qədər) öz əksini tapmış, alınmış  elmi nəticələr müəlliflik şəhadətnamələri və patentlərlə (o cümlədən, 4 müəlliflik şəhadətnaməsi və 7 patent) təsdiq edilmişdir.
Son illər metodik iş planına uyğun olaraq, 44  metodik iş (o cümlədən 12 fənn proqram və 11 sillabus) hazırlanmışdır. 
8. Kafedra ölkənin aparıcı müəssisələri (AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və s.) ilə elmi əlaqələri müntəzəm olaraq davam etdirir. Həmçinin kafedra xarici ölkə universitetləri və nəşriyyatları ilə  əməkdaşlığa ciddi önəm verir və MDB və Avropa ölkələrinin, Amerikanın İMPACT FACTOR-lu jurnallarında elmi məqalələr nəşr etdirirlər.
9. Təhsildə və elmdə göstərdikləri fəaliyyətlərinə görə t.e.d.,prof. Əhmədov M.A. “Tərəqqi” medalı,  t.e.d. , prof. Hüseynov A.H. “Respublikanın Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşlar. 
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az