Əsas səhifə | Doktorantura və magistratura şöbəsi
Doktorantura və magistratura şöbəsi

Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialı - Ali Texniki Təhsil Məktəbi müstəqil Azərbaycan Sənaye İnstitutuna  çevrildikdən sonra 1992-ci ildə ali məktəbdə Aspirantura şöbəsi yaranmışdır. Aspirantura şöbəsində yalnız 2 ixtisas – texnika və kimya elmləri sahələri üzrə mütəxəssis hazırlığı aparılmışdır.

Azərbaycan təhsil sistemində magistr hazırlığı 1997-ci ildə başlandıqdan sonra  1998-ci ildə Aspirantura və magistratura şöbəsi yaradılmışdır.2010-cu ildə isə Aspirantura və magistratura şöbəsi Doktorantura və magistratura şöbəsi adlandırılmışdır.
Sumqayıt Dövlət Universitetində magistr hazırlığı Nazirlər Kabinetinin 13.02.97 tarixli 15 saylı qərarına əsasən təsdiq edilmiş “Çox pilləli ali təhsil sistemində magistratura haqqında, Təhsil Nazirliyinin 22.04.97-ci il 235 saylı əmri ilə təsdiq olunmuş “Magistr hazırlığının minimum məzmununa və səviyyəsinə qoyulan tələblərin strukturu”na, Təhsil Nazirliyinin 18.06.2011-ci il 59 saylı “Magistratura səviyyəsində mövcud vəziyyət, problemlər və onların həlli yolları barədə” kollegiyasının qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 202 nömrəli 20.04.98-ci il tarixli əmri ilə təsdiq olunmuş” Magistrlik dissertasiyasının hazırlanması təqdim olunması və müdafiəsi qaydalarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 742 nömrəli 10.11.98-ci il tarixli əmri ilə təsdiq olunmuş ”Magistrlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuralar haqqında Əsasnaməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının  tələblərinə və digər normativ sənədlərə uyğun təşkil edilib. 
2000-ci ildə ali məktəb universitet statusu aldıqdan sonra hər il ali məktəb magistrantlarının respublika elmi konfransının keçirilməsi  bizim universitetə həvalə edil- mişdir. 2001-ci ildə magistrantların I Respublika elmi konfransında 8 ali məktəbdən 6 bölmə üzrə 133 nəfər iştirak etmişdirsə, 2017-ci ildə XVII Respublika elmi konfransında 16 ali məktəbdən 19 bölmə üzrə 1300 nəfərdən çox magistrant iştirak etmişdir. 
2016/2017-ci tədris ilində universitetin magistratura səviyyəsində 30 ixtisasın 53 ixtisaslaşması üzrə 220-dən yuxarı magistranttəhsil alır. 
Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aparılır.
Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən Sumqayıt Dövlət Universiteti elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.     
Doktoranturada təhsil dövlət hesabına və  ödənişli əsaslarla həyata keçirilir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Elmlər doktoru proqramı üzrə doktorantura əyani təhsil müdəti 4 il, qiyabi 5 il, dissertantılıq yolu ilə 5 ildir. 
Hal-hazırda universitetdə 16 ixtisas üzrə 50-dan çox doktorant , 40-dan çox dissertant fəlsəfə doktoru və 5 ixtisas üzrə 7 nəfər elmlər doktoru elmi adı almaq üçün müvəffəqiyyətlə elmi-tədqiqat işləri aparırlar. 
2017-ci ildən Doktorantura və magistratura şöbəsinə  dosent  Sabir  Ağakişi oğlu  Xəlilov rəhbərlik edir.Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə S.A.Xəlilova Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar Müəllimi”fəxri adı verilmişdir.
Doktorantura və magistratura şöbəsində 3 əməkdaş çalışır.
Baş metodist vəzifəsində Şəhla Vəkil qızı Cəmilzadə çalışır. O,  2002-ci ildə ADNA-nın Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bakalavr pilləsi üzrə,2006-cı ildə SDU- nun Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını magistratura pilləsi üzrə bitirmişdir. SDU-nun Müəssisələrin təşkili və idarə olunması ixtisası üzrə dissertantıdır.  
Metodist  vəzifəsində Aybəniz Haqverdi qızı Yaqnaliyeva çalışır. O, 1987-ci Sumqayıt Politexnik Texnikomunu,1997-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. Diferensial tənliklər ixtisası üzrə doktorantdır.
Operator vəzifəsində Qöncə Zahid qızı Əhmədli çalışır. 
SDU-da magistratura və doktorantura səviyyələrində aşağıdakı ixtisaslar (ixtisaslaşmalar) üzrə mütəxəssislər hazırlanir:

Magistratura səviyyəsi uzrə

060501 Riyaziyyat

·         Riyazi analiz

·         Hesablama riyaziyyatı

·         Optimallaşdırma və optimal idarəetmə

·         Riyazi fizika

·         Diferensialtənliklər

060105 Riyaziyyat müəllimliyi

·         Riyaziyyatın tədrisi metodikası və metodologiyası

060509 Kompüter elmləri

·         İnformatika

060503 Fizika

·         Yarımkeçiricilər fizikası

·         İstilik fizikası və molekulyar fizik

·         Yarımkeçirici cihazlar və mikroelektronika

·         Atom və molekul fizika

060104 Fizika müəllimliyi

·         Fizika fənninin tədrisi metodikası və metodologiyası

060626 Elektrik mühəndisliyi

·         Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik inteqalı

060609 İstilik energetikası mühəndisliyi

·         İstilik elektrik stansiyaları

060201 Filologiya

·         Azərbaycan ədəbiyyatı

·         Ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı

·         Ədəbiyyatşünaslıq (Avropa  xalqları ədəbiyyatı)

·         Dilşünaslıq (ingilis dili)

·         Azərbaycan dili

060101 Azərbaycan dili və ədəbiyyatı   müəllimliyi

·         Azərbaycan dili və ədəbiyyatının tədrisi   metodikası və metodologiyası

060504 Kimya

·          Qeyri-üzvikimya

·         Üzvikimya

·         Fizikikimya

·         Analitikkimya

·         Yüksək molekullu birləşmələr kimyası

·         Elektrokimya

·         Neft kimyası

·         Kompozisya materialları kimyası

060110 Kimya müəllimliyi 

·         Kimya fənninin tədrisi metodikası və metodologiyası

060641 Kimya mühəndisliyi

·         Əsas üzvi sintezin kimyası və texnologiyası

·         Polimerlərin kimyəvi texnologiyası

060505 Biologiya

•Mikrobiologiya

•Genetika

•     Mikologiya

060109 Biologiya müəllimliyi

•      Biologiya fənninin tədrisi metodikası vəmetodologiyası

060649 Ekologiya mühəndisliyi

•      Ətraf mühitin mühafizəsi və təbii ehtiyyatlardan səmərəli istifadə olunması

060206 Tarix

•      Azərbaycanın qədim və orta əsrlər tarixi

•      Avropa və Amerikanın yeni və ən yeni tarixi

•      Azərbaycanın yeni və ən yeni tarixi                                                                            

060111 Tarix müəllimliyi

•      Tarix fənninin tədrisi metodikası vəmetodologiyası

060210  Sosiologiya

•      İdarəetmənin sosiologiyası

060506 Coğrafiya

•      Azərbaycanın fiziki coğrafiyası

060112 Cografiya müəllimliyi

•      Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası

060631 Kompüter mühəndisliyi

•      Kompüter mühəndisliyi

060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

•      İdarəetmədə informasiya sistemləri

•      İdarəetmədə informasiya sistemləri  (MBA proqramı üzrə) 

060628 Proseslərin avtomatlaşdırılması mühəndisliyi

•      Texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması

060647 Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

•      Standartlaşdırma və sertifikatlaşdırma

060404 İqtisadiyyat

•      Turizmin iqrisadiyyatı

060407 Menecment

•      İnnovasiyaların və layihələrin idarəolunması

•      Menecment (sahələr üzrə)

060409 Biznesin idarə edilməsi

•      Biznesin təşkili və idarə edilməsi

•      Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə)

060402 Mühasibat uçotu və audit

•      Xidmət sferasında mühasibat uçotu və audit

•      İstehsal sferasında mühasibat uçotu və audit

060401  Dünya iqtisadiyyatı

•      Beynəlxalq iqtisadi münasibətlər

•      Gömrük işi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Doktorantura səviyyəsi

Fəlsəfə doktoru proqramı üzrə   ixtisasların siyahısı

·        1211.01 Diferensial tənliklər

·        1202.01 Analiz və funksional analiz

·        1203.01 Kompüter elmləri

·        2220.01 Yarımkeçiricilər fizikası

·        3361.01 Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika

 ·        3340.01 Elektrotexniki sistemlər və     komplekslər

 ·        3341.01 Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər

 ·        5706.01 Azərbaycan dili

 ·        5716.01 Azərbaycan ədəbiyyatı

 ·        5714.01Müqayisəli-tarix və müqayisəli-tipoloji dilcilik

 ·        2314.01 Neft kimyası

 ·        2306.01 Üzvi kimya

 ·        2304.01 Makromolekullar kimyası

 ·        3303.01 Kimya texnologiyası və mühəndisliyi

 ·        5503.02 Vətən tarixi

 ·        5408.01 Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası

 ·        3337.01 İnformasiya-ölçmə və idarəetmə sistemləri

 ·        3338.01 Sistemli analiz, idarəetmə və     informasiyanın işlənməsi

 ·        5311.01 Müəssisələrin təşkili və idarə olunmas

 ·        5308.01 Ümumi iqtisadiyat

 Elmlər doktoru proqramı üzrə ixtisasların siyahısı

          ·        2314.01 Neft kimyası

  ·        1203.01 Kompüter elmləri 

  ·        5308.01Ümumi iqtisadiyat

  ·        5718.01Dünya ədəbiyyatı

  ·        5706.01 Azərbaycan dili

  ·        5716.01 Azərbaycan ədəbiyyatı

  ·        3338.01 Sistemli analiz, idarəetmə və   informasiyanın işlənməsi

  ·        2211.01 Bərk cisimlər fizikası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az