Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | REFRESH layihəsi çərçivəsində növbəti görüş keçirildi
REFRESH layihəsi çərçivəsində növbəti görüş keçirildi

19 fevral tarixində SDU-nun tərəfdaş  olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının 2-ci iclası keçirildi. İclasda layihə koordinatoru UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin (BƏD) direktoru Nərmin İbrahimova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, həmin şöbənin mütəxəssisi Gültac Tahirli və Lalə Abbasova iştirak etmişdir. Sözügedən görüşdə layihə konsorsiumuna daxil olan 6 yerli və 4 xarici universitetin nümayəndələri iştirak etdilər. Görüşdə BƏD-in direktoru Nərmin İbrahimova layihənin tanıdılması üçün təcrübə səfərlərindən sonra Bakıda yekun konfrans keçirilməsini təklif etdi. N. İbrahimova layihə çərçivəsində  R. Dunlapın müəllifi olduğu “Dayanıqlı Enerji” kitabının Azərbaycan dilinə tərcümə edilməsinin layihənin dayanıqlılığı üçün əhəmiyyətli amil olduğunu qeyd etdi. İclasda bir sıra keyfiyyətə nəzarət məsələləri haqqında məqamlar müzakirə olunmuş və yekun olaraq vahid bir keyfiyyətə nəzarət sənədinin yaradılması haqqında qarşılıqlı razılıq əldə olundu.   

REFRESH saytına keçid

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az