Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Rüfət Əzizov Cənab Prezident İlham Əliyevi təbrik edib
SDU-nun rektoru Rüfət Əzizov Cənab Prezident İlham Əliyevi təbrik edib
Hörmətli cənab Prezident!
2024-cü il fevralın 7-də Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilən növbədənkənar prezident seçkilərində üstün səs çoxluğu ilə qazandığınız inamlı qələbə münasibətilə Sizi Sumqayıt Dövlət Universitetinin professor- müəllim və tələbə heyəti adından səmimi-qəlbdən təbrik edir, qalib xalqın qalib Prezidenti kimi dövlətimizin inkişafı, xalqımızın rifahı naminə görəcəyiniz işlərdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Bu qələbə Azərbaycan üçün daha müasir, firavan və güclü gələcəyə doğru atılan böyük addımdır.
Cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmizdə bütün sahələr kimi, təhsil sistemi də günü-gündən inkişaf edir. Təhsil, elm sahəsində həyata keçirdiyiniz islahatlar savadlı, intellektual, vətənpərvər Azərbaycan gəncinin timsalında özünü göstərir. Sizin uzaqgörən siyasətiniz və qətiyyətiniz ölkəmizin güclənməsi, sülh və sabitlik üçün əhəmiyyətli rol oynayır.
Əminəm ki, Sizin liderliyiniz altında Azərbaycan daha da güclü və müasir bir ölkə kimi irəliləyəcək.
Ölkəmizin hərtərəfli inkişafı naminə yeni prezidentlik fəaliyyətinizdə Sizə uğurlar diləyirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Əzizov Rüfət Eyvaz oğlu,
Sumqayıt Dövlət Universitetinin rektoru
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az