Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarında seçkilərə qatılması tarixi hadisədir
Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarında seçkilərə qatılması tarixi hadisədir
“Elə bir tarixi dönəmi yaşayırıq ki, bu gün beynəlxalq aləmin diqqəti dünya miqyasında sürətlə irəliləyən ölkələr sırasında ilk yerlərdən birini tutan Azərbaycana istiqamətlənib”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Sumqayıt Dövlət Universitetinin baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Rzazadə deyib.
“Uzun illər həsrətində olduğumuz tarixi torpaqlarımızın sakinləri, artıq digər bölgələrdə deyil, öz ata-baba yurdlarında seçkilərə qatılmaqla öz gələcəklərinə səs verəcəklər. Bu, tarixi hadisədir. Seçki gününü - fevralın 7-ni hər bir Azərbaycan vətəndaşı sevinc və fərəh hissi ilə gözləyir və hər bir azərbaycanlı əmindir ki,  ölkəmizdə bütün sahələrdə gözəçarpan, davamlı və iti addımlarla aparılan inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır”, - deyə o vurğulayıb.
Ə.Rzazadə xatırladıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən sonra artıq dünyanın böyük gücləri heç kimdən asılı olmayan, öz iqtisadi və siyasi gücünə arxalanan güclü Azərbaycanla hesablaşma dönəminə qədəm qoyub: “Məhz bu faktoru Azərbaycanın həm də dünya siyasi arenasında böyük zəfəri hesab etmək olar.
“Tək əldən səs çıxmaz” prinsipini nəzərə alaraq, hamımız qarşıda duran bütün sosial proqramların, inkişaf planlarının uğurla icra edilməsi üçün bir yumruq şəkilində birləşməli, bu tarixi seçkilərdə həmrəylik nümayiş etdirməli, milli inkişafa təkan vermək üçün eyni hədəfə vurmalıyıq. Bu hədəfə doğru atılan ilk addım isə  seçkilərə qatılmaqdan başlayır”.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az