Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qardaş Türkiyədən dəvət olunmuş professorlar tələbələrimizə məharət dərsləri keçdilər
Qardaş Türkiyədən dəvət olunmuş professorlar tələbələrimizə məharət dərsləri keçdilər
Dekabrın 3-də SDU-da “Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda keçiriləcək Beynəlxalq elmi konfransa dəvət olunmuş alimləri: professor Sefa Bulut, Şevket Süreyya Aydemiri əvvəlcə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov qəbul etdi. Qonaqları universitetdə görməkdən məmnun qaldığını deyən rektor onlara SDU-nun fəaliyyəti, buradakı təhsil,tədris və universitetin beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində dünyanın tanınmış universitetləri ilə bağlanan müqavilələrə əsasən müəllim və tələbə mübadləsindən söz açdı. Qeyd etdi ki, universitetimizin kifayət qədər nüfuzlu ali təhsil müəssisələri ilə geniş əlaqələri mövcuddur. Bu istiqamətdə universitetimiz beynəlxalq əlaqələrini gündən-günə genişləndirir. Türkiyənin daxili və xarici təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mevlana Değişim Programı” çərçivəsində alimlərimiz Türkiyənin Adıyaman, Çankırı Karatekin Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Necmettin Erbakan Universiteti, Sakarya Universiteti, Adnan Menderes Universitetində olur və mühazirə dərsləri aparırlar. Bu da universitetlərimizin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir.Universitetimizdə yüksək səviyyədə beynəlxalq konfranslar həyata keçirilir, xarici ölkələrin alimləri tələbələrimizlə görüşür, məharət dərsləri keçirlər. İnanıram ki, bu görüşün davamı olaraq gələcəkdə universitetlərimiz arasında Filologiya fakültəsi və Pedaqogika və psixologiya kafedralarının qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu da elmimizin və təhsilimizin inkişafına böyük töhfə verəcək.
Alimlər universitetimizdə olduqlarından məmnunluğunu ifadə etdilər və təmsil etdikləri universitet haqqında geniş məlumat verdilər, bu görüşün baş tutmasına görə rektor professor Elxan Hüseynova təşəkkürlərini bildirdilər. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırdılar. Sumqayıt Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar həmçinin SDU tələbələrinə lazımi dəstəyi verməyə daim hazır olduqlarını vurğuladılar.
Sonra qardaş Türkiyədən dəvət olunmuş professorlar: Sefa Bulut “Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri”, Şükrü Haluk Akalın “Azerbaycan Cumhuriyetinin Kuruluş Yıllları Türk Edebiyatında: Şevket Süreyya Aydemir ve Suyu Arayan Adam” mövzularında tələbələrimizə məharət dərsləri keçdilər.
Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq elmi konfransa dəvət olunmuş qonaqlar üçün gəzinti təşkil olundu, onlar öncə Bakıda tarixi abidələrimizlə tanış oldular. Sonra M.Maqomayevin “Şah İsmayıl” operasına tamaşa etdilər.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az