Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-NUN TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİ BEYNƏLXALQ COĞRAFİ İMLADA İŞTİRAK ETDİLƏR
SDU-NUN TƏLƏBƏ VƏ MÜƏLLİMLƏRİ BEYNƏLXALQ COĞRAFİ İMLADA İŞTİRAK ETDİLƏR
Noyabrın 11-də M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Beynəlxalq coğrafi imla keçirildi.
Beynəlxalq coğrafi imla 2015-ci ildən başlayaraq hər il keçirilir.
Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim heyəti 2017-ci ildən bu tədbirdə iştirak edir. Bu il də SDU-nun müəllimləri və tələbələri böyük heyətlə (70 nəfər) M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tərəfindən təşkil olunan Beynəlxalq imlada fəal iştirak etdilər.
Əvvəlcə tədbirdə coğrafiyaya aid şifahi sual-cavab (viktorina) keçirildi və burada SDU-nun əməkdaşları: dosent İlham Mərdanov, baş müəllim Məsud Alməmmədli və tütor Mehman Kazımov öz fəallıqları ilə seçildilər. Baş müəllim Məsud Alməmmədli bütün suallara düzgün cavab verdiyi üçün ona hədiyyə təqdim edildi.
Sonda Beynəlxalq imla tədbirində iştirak edənlərə şəhadətnamələr verildi. Ümumiyyətlə, tədbir çox maraqlı və səmərəli keçdi, müəllim və tələbələrin coğrafiyaya aid biliklərə yiyələnməsi üçün böyük əhəmiyyət kəsb etdi. İmlanın yazılı nəticələri noyabrın 30-da elan ediləcəkdir.
Qeyd edək ki, 2017-ci ildə coğrafi imlada 260 mindən artıq insan iştirak etmişdi. Burada Azərbaycan ilə yanaşı, bir çox xarici ölkələrin (Rusiya, Argentina, Çexiya, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə və s.) vətəndaşları öz biliklərini yoxlamışlar. İmlanın iştirakçıları yaşından, təhsilindən, sosial mənşəyindən, dinindən və vətəndaşlığından asılı olmayaraq, hər kəs ola bilər. Beynəlxalq imlaya coğrafi anlayış və terminlər, əsas coğrafi qanunauyğunluqlar, xəritədə obyektlərin yerləşməsi və s. aid biliklər daxildir.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az