Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsinin əməkdaşları patent almışlar
Kimya və biologiya fakültəsinin əməkdaşları patent almışlar

 Son illər ali təhsil müəssisələrində elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi nəticələrin istehsalatda tətbiq edilməsi, innovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti, elmi jurnalların, dissertasiyaların, elmi məqalələrin, dərsliklərin, tədris-metodik vəsaitlərin hazırlanması və nəşri sahəsində əhəmiyyətli işlər görülür.Ali təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqatlar ölkəmizdə aparılan elmi-tədqiqatların mühüm hissəsini təşkil edir. Burada fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işləri aparılır, elmi-pedaqoji kadrların hazırlanması həyata keçirilir. Ali təhsil müəssisələrində elmi-tədqiqatlar həm kafedralarda, həm də elmi-tədqiqat müəssisələrində aparılır. SDU-nun fəaliyyəti elm və təhsilin inteqrasiyasına yönəldilib. Professor-müəllim heyəti kafedralarda aparılan elmi-tədqiaqat işlərində fəal iştirak edir. Tədqiqatların aparılmasına doktorantlar, dissertantlar, magistrantlar və tələbələr cəlb olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin elm və təhsil sahəsinə diqqət və qayğısı Azərbaycan elminin inkişafına geniş imkanlar yaradır. Bu qayğı Sumqayıt Dövlət Universitetində rektor professor Elxan Hüseynov tərəfindən yüksək dəyərləndirilir və bu istiqamətdə universitetin əməkdaşları üçün xüsusi şərait yaradılıb. Kimya və biologiya fakültəsinin əməkdaşları, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, həmin kafedranın əməkdaşları fakültənin dekanı dosent Mahal Muradov, professor Qafar Ramazanov və dosent Müşkinaz Nəzərova yaradılan şəraitdən yararlanaraq elmi-tədqiqat işlərinin gücləndirilməsi istiqamətində işlər aparmış və alınmış nəticələri bir çox xarici jurnallarda nəşr etdirmişlər. Bu nəşrlər Rusiya, Polşa, Çexiya, Slovakiya, Amerika, Avstriya, Gürcüstan, Hindistan, Tacikistan və s. Avropa və Asiya ölkələrində çap olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının patentini almışlar.

 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az