Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimində iştirak etdi
Əməkdaşımız Enterpriseazerbaijan.com portalının təqdimetmə mərasimində iştirak etdi
Prezident cənab İlham Əliyevin qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən yaradılan www.enterpriseazerbaijan.com portalının oktyabrın 2-də təqdimetmə mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açdı. O dedi ki, Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. Qeyd etdi ki, enterpriseazərbaycan ölkədə sahibkarlığın yeni biznes əməliyyat modeli üzərində inkişafına dəstək verəcək. V.Qasımlı yerli layihə müəlliflərini, sahibkarlar və sərmayədarları enterpriseazerbaijan.com Portalı ilə yaxından əməkdaşlığa dəvət etdi.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, GoldenPay şirkətinin yaradıcısı Fərid İsmayılzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Estoniya investisiya agentliyinin direktorları Allan Selirand və Jaan Heinsoo çıxışlar etdilər.
Tədbir müddətində İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin “enterpriseazerbaijan.com” portalı ilə “Enterprise Estonia” sahibkarlığın inkişafina yardım fondu arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Təqdimat mərasimi zamanı enterpriseazerbaijan.com portalının mahiyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Portalın ulduz səfiri Azərbaycan futbolunun ulduzu Qurban Qurbanov ictimaiyyəti Enterpriseazerbaijan portalı ilə bağlı düzgün hədəfi seçməyə çağırdı. Beynəlxalq qurumların və xarici biznes nümayəndələri - Rusiya Elektron Pul və Pul Köçürmələri Assosiasiyasının prezidenti Viktor Dostov, OrientSwiss şirkətinin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muhamadaliyev, Buxarest universitetinin Department direktoru Emerita Mariana, Tailandın Elektron Biznes Mərkəzinin icraçı direktoru Kultriak Pakavarkrilers, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya üzrə direktoru Bill Tomson, Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rostenin çıxış etdiyi videoçarxda isə Enterpriseazerbaijan portalının əhəmiyyətindən danışıldı. Bildirildi ki, Enterpriseazerbaijan Portalı Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks e tdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platformadır.
Yeri gəlmişkən, təqdimat mərasimində dövlət və özəl ictimaiyyətin, eləcə də xarici ölkə nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, universitetimizi İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi Gülbəs Rüstəmova təmsil etdi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az