Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rusiyalı alimlər SDU-da seminar keçirdilər
Rusiyalı alimlər SDU-da seminar keçirdilər
Sentyabrın 27-də rusiyalı alimlər SDU-da  Sumqayıt şəhərində tədris rus dilində aparılan müəssisələrin müəlimləri üçün seminar keçirdilər.
Qonaqları Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova və şöbənin əməkdaşları, Linqvistik Mərkəzin müdiri Alik Abdullayev qarşıladılar, onları SDU-da görməkdən məmnunluqlarını ifadə etdilər. 
Qeyd edək ki, tədbirdə universitetin müəllimləri ilə yanaşı, Sumqayıt şəhərində fəaliyyət göstərən 11,12, 36 saylı orta məktəblərin rus dilini tədris edən müəllimləri də iştirak etdilər.
Linqvistik Mərkəzin müdiri Alik Abdullayev bildirdi ki, bu gün ölkəmizdə IX Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb, bu da dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən söz açan Alik Abdullayev ölkələrimiz arasındakı səmimi münasibətlərdən, elmi, mədəni və iqtisadi sahələrdə mövcud potensialdan söz açdı.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova çıxış edərək universitetin tarixi, bugünkü fəaliyyəti və beynəlxalq əlaqələrindən bəhs etdi. Qeyd etdi ki, bu gün Sumqayıt Dövlət Universiteti dünyanın bir çox aparıcı elm ocaqları ilə,  o cümlədən Rusiya universitetləri ilə ERASMUS + və Azərbaycan - Rusiya universitetləri Asossiasiyası çərçivəsində  sıx əməkdaşlıq edir, ikili diplomların verilməsi, tələbə-müəllim mübadiləsi, universitetlərin birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində layihələr uğurla gerçəkləşir. Ötən il Pskov Dövlət Universitetinin Təbiət elmləri, psixologiya və tibbi təhsil fakültəsinin dekanı professor Vladimir Prokofyev Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimləri üçün seminar keçirmişdi. Təbii ki, bizim alimlərimiz də dünyanın aparıcı universitetlərində olur, mühazirə. seminar aparırlar. Qeyd edək ki, universitetimiz 2014-cü ildə Xəzəryanı Dövlət Universitetləri Assosiasiasının, 2015-ci ildən isə Azərbaycan-Rusiya Universitetləri Assosiasiasının üzvüdür. Assosiasianın Azərbaycan tərəfindən həmsədri Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovdur.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzində Təhsil proqramlarının koordinatoru, Azərbaycanda rusdilli təhsil müəssisələrində Müəllimlər Assosiasiyasının sədri Yakunina Lyubov Timofeyevna çıxış edərək qeyd etdi ki,  belə seminarlar ikitərəfli əməkdaşlığımıza, elm və təhsilimizin inkişafına fayda verəcək, görüşlərimiz davamlı olacaq. 
Tədbirdə Rus icmasının Sumqayıt üzrə sədri, 11 saylı orta məktəbin direktor müavini  Lyubov Vladimirovnaya icmadakı xidmətlərinə görə diplom və hədiyyə təqdim olundu. 
Rusiya Dövlət Humanitar Universitetinin Filologiya və Tarix İnstitutunun Nəzəri və tarixi poetika kafedrasının professoru Yuriy Domanskiy, Puşkin adına Dövlət Rus Dili İnstitutunun Xarici mütəxəssislərin təcrübəkeçmə kafedrasının baş müəllimi Varvara Filippova regionun yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetində olmaqlarından şad olduqlarını bildirdilər. Müəllim - tələbə mübadiləsinin vacibliyini qeyd edən qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsilərinin dünyanın bir çox universitetləri, o cümlədən Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıqlarını yüksək qiymətləndirdilər.  Bu  əlaqələrin davamlı olaraq hər iki ölkənin təhsilinin inkişafına töhfələr verəcəyini vurğuladılar.  
Seminarda qonaqlar “Ümumtəhsil məktəblərində rus dilinin xarici dil kimi tədrisində oyun texnologiyaları”, “İbtidai siniflərdə rus dilinin tədrisinin funksional- semantik aspektləri” adlı mühazirələrlə çıxış etdilər.
Seminarın sonunda iştirakçılara sertifikatlar verildi.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az