Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İngilis-Azərbaycan-Rus dillərində iqtisadi terminlər lüğəti adlı metodik vəsait işıq üzü gördü
İngilis-Azərbaycan-Rus dillərində iqtisadi terminlər lüğəti adlı metodik vəsait işıq üzü gördü
Bu günlərdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva və Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynovun birgə müəllifləri olduğu “İngilis-Azərbaycan-rus dillərində iqtisadi terminlər lüğəti” adlı metodik vəsait işıq üzü görmüşdür. Metodik vəsait bakalavrlar, magistrantlar, doktorantlar və ingilis, rus dilini iqtisadi müstəvidə müstəqil öyrənənlər üçün nəzərdə tutulmuşdur. Lüğətə üç dildə ümumişlək iqtisadi sözlərin tərcüməsi daxil edilmişdir. Uzun illərin təcrübəsinin nəticəsi olaraq iqtisadi ədəbiyyatlarda, gündəlik kütləvi nəşrlərdə rast gəlinən sözlər daha çox iqtisadi mahiyyəti baxımından açıqlanmışdır. Qeyd edək ki, metodik vəsait SDU-da mütəxəssislər tərəfindən hazırlanan ilk işdir. Lüğətin gələcəkdə mümkün əlavələr də edilməklə yenidən nəşr edilməsi istisna edilmir.
Metodik vəsait SDU-nun Elmi Şurasının qərarı ilə təsdiq edilmiş, universitetin kitabxanasına təqdim edilmişdir. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az