Əsas səhifə | Xəbərlər | ERASMUS +EQAC layihəsi çərçivəsində akademik heyət arasında sorğu keçirildi
ERASMUS +EQAC layihəsi çərçivəsində akademik heyət arasında sorğu keçirildi
Beynəlxalq Layihələr sırasından ERASMUS+ layihəsinin tərəfdaşı Sumqayıt Dövlət Universiteti müqavilənin iş planına uyğun olaraq  addımlamaqda davam edir.  Tələbələr arasında keçirilən sosioloji sorğudan  sonra  universitetin akademik heyəti arasında sorğu keçirildi.
Aprelin 6-da baş tutan sorğu universitetin 7 fakültəsi üzrə bütün kafedraların müəllimləri arasında aparıldı. Müxtəlif fakültə və kafedralardan cəlb olunmuş 31 nəfər pedagoji heyətin sırasında müxtəlif elmi dərəcədən olan müəllimlər iştirak etdilər. 45 sualdan ibarət  anket  elektron versiyada  kompüterlərlə təchiz olunmuş auditoriyalarda həyata keçirildi.  Suallar universitetin strateji planı, Keyfiyyətə Nəzarət Mərkəzinin (KNM) tətbiqi ilə, habelə KNM-in tətbiqi ilə əlaqədar keyfiyyətyönümlü anlayışlar, yeni iş mühiti ilə bağlı oldu. Sorğunun gedişatını layihə meneceri Ramiz Hüseynov, layihə heyətinin üzvləri: Menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, baş mühasibin müavini Rəvan Rzayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və Keyfiyyətə Nəzarət və Qiymətləndirmə bölməsinin əməkdaşı Sədaqət Fətullayeva müşahidə etdilər. 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az