Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Ana dilimiz mənəviyyatımızdır” mövzusunda elmi seminar keçirildi
“Ana dilimiz mənəviyyatımızdır” mövzusunda elmi seminar keçirildi
21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan etdi.Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21- 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid oldu. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət etdilər. YUNESKO-nun Baş Konfransında 21 Fevral Beynəlxalq Ana Dili Günü elan olundu və üzv ölkələrə bildirildi ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Bu məqsədlə universitetimizin  Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Böyükxanım Eminlinin təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz mənəviyyatımızdır” mövzusunda elmi seminar keçirildi. 
Tədbirdə fakültə dekanı dosent Sevinc Həmzəyeva, dekan müavini Zöhrə Qafarova, xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Xarici ölkələr və Azərbaycan  ədəbiyyatı kafedrasının müdiri professor Aftandil Məmmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Lalə Həmzəyeva iştirak etdilər. Seminarda qeyd olundu ki, Azərbaycan dili bizim keçmişimiz, bugünümüz və sabahımızdır. Eyni zamanda milli mənliyimizin, mənəviyyatımızın tarixi sərlövhəsidir. Dilimiz ulu babalarımızın, nənələrimizin sinəsindən qopan ilkin kəlmələri, bayatıları, laylaları tarixin sınaqlarından çıxararaq xalqımıza, millətimizə çatdırıb, canına, qanına hopdurub. Ümummilli lider Heydər Əliyevin doğma dilimizə olan dərin sevgisi və həssas münasibəti hər bir azərbaycanlı üçün örnəkdir. Dilimizin saflığının qorunması hər zaman olduğu kimi, bu gün də öz aktuallığını itirməyib, mühüm əhəmiyyət daşıyır. Onun saflığının qorunması ümumdövlət, ümumxalq işidir.Bu sahədə hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirməli, ana dilimizi göz bəbəyimiztək qorumalıyıq.
Tələbələr ana dilimizin saflığı, diləyatımlılığı dünya dilləri arasında mövqeyi, dilimizin əsrarəngizliyi barədə çıxış etdilər. 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az