Əsas səhifə | Xəbərlər | Azərbaycanın qazandığı böyük uğurlar Heydər Əliyev dühasının bəhrəsidir
Azərbaycanın qazandığı böyük uğurlar Heydər Əliyev dühasının bəhrəsidir

 Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 12-də Kimya və biologiya fakültəsində tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fakültənin dekanı dosent Mahal Muradov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasətdən danışdı. Natiq onu da qeyd etdi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev ölkəmizin iqtisadi və siyasi xəttini müəyyənləşdirib, respublikamızın inkişaf etməsi üçün əhəmiyyətli layihələr həyata keçirib, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərib.
Tədbirdə şair-publisist Əvəz Mahmud Lələdağ və tələbələr çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində görülən işlərdən söhbət açdılar. 
Vurğuladılar ki, Prezident cənab İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az