Əsas səhifə | Xəbərlər | Bakıda II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirildi
Bakıda II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirildi

“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, MeOut Assosasiyasının tərəfdaşlığı ilə Bakıda “Şərq tərəfdaşlığı və Vişeqrad 4-lüyü: İmkanlar və Perspektivlər” mövzusunda II Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirildi. 
Açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi, Beynəlxalq Vişeqrad Fondunun nümayəndəsi İrena Krasniçka, Şərq tərəfdaşlığı (Azərbaycan, Gürcüstan, Belarusiya, Moldova, Ukrayna) və Vişeqrad 4-lüyü (Polşa, Çexiya, Slovakiya, Macarıstan) ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak etdilər. Onlar forumun ölkəmizdə keçirilməsinin vacibliyini vurğuladılar və 2014-cü ildə keçirilən ilk forumun uğurlu nəticələrinədən bəhs etdilər. Bundan əlavə, beynəlxalq əməkdaşlıq imkanları müzakirə olundu, maliyyə imkanları və proqramlar haqqında gənclərə və gənclər təşkilatlarına məlumat verdilər.
Forumda gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri  digər iştirakçılara  arasında faydalı  layihələrin hazırlanması istiqamətində müzakirələr aparıldı.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı ölkələrinin layihələrinin maliyyələşdirmək təklifləri ilə çıxış edən Beynəlxalq Vişeqrad Fondu ikinci dəfə Bakıya Forum çərçivəsində dəvət edilib.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az