Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetlərarası IV ümumrespublika bilik yarışı yekunlaşdı
Universitetlərarası IV ümumrespublika bilik yarışı yekunlaşdı

Noyabrın 11-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirildi.
Yarışda ənənəvi olaraq ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələr iştirak etdilər. Müsabiqədə 44 ali məktəbin, o cümlədən Sumqayıt Dövlət Universitetinin komandası mübarizə apardı. Münsiflər heyəti qismində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri iştirak etdilər.
Xatırladaq ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin tədqiqi və gənclər arasında geniş təbliği, Azərbaycan tarixinin öyrənilməsi, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədilə təşkil edilir. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak etmişdi. Bu il də müsabiqəyə hazırlıq məqsədilə 20 oktyabr – 1 noyabr tarixlərində komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olundu. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə etdi, burada toplanmış arxiv materialları əsasında araşdırma apardılar.
Sonda qalib komandalar mükafatlandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az