Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetdə ilk dərs ümummilli lider Heydər Əliyevə həsr olundu
Universitetdə ilk dərs ümummilli lider Heydər Əliyevə həsr olundu
Tərcümeyi-halı ilə tarix yaradan, müasir Azərbaycanın memarı kimi yaddaşlara həkk olunan Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bu dahi şəxsiyyətin adına başlanan konfrans, simpozium, açıq dərs kimi əhəmiyyətli tədbirlər isə öz kütləviliyi ilə seçilir. Böyük ustad, xalq müəllimi kimi əbədiyyət dastanına çevrilən Ulu öndərin fəaliyyətinə həsr olunan mühazirələr Bilik Günündə professor-müəllim və tələbə heyəti üçün qiymətli bayram hədiyyəsi oldu. Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev tələbələrə “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda təşkil olunan mühazirə də bu qəbildən idi.
Qeyd edək ki, eyni mövzuda mühazirə universitetimizin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Əhməd Qəşəm oğlu tərəfindən oxundu.  
Universitetin Humanitar məsələlər üzrə prorektoru dos. Ramiz Hüseynov qonaqları salamlayaraq.  Bilik Günü münasibəti ilə hər kəsi  təbrik etdi. Bildirdi ki, ilk dərs gününün Ulu öndər  Heydər Əliyevin İslam Həmrəyliyi ideyasının təbliğinə həsr olunması  bir daha onu  göstərir  ki, biz tarixi keçmişi  və  milli-mənəvi dəyərlərinə söykənib yaşayan  şərəfli xalqın nümayəndələriyik. Ölkəmiz  müstəqillik qazandıqdan sonra Azərbaycan hakimiyyəti İslam həmrəyliyi məsələsinə həmişə diqqət yetirmişdir. Xüsusən Ulu öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər görmüş, xarici siyasətdə isə İslam amilinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan xalqının mədəniyyətinin inkişafında, tarixində, milli mənəvi dəyərlərimizin  nəsildən-nəslə ötürülməsində  İslam dininin rolundan  dəfələrlə bəhs edərək demişdir: "Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz  bir çox hallarda İslam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait  yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranmasında mühüm bir vasitə olacaqdır. Prorektor onu da  qeyd etdi ki, Prezident cənab İlham Əliyevin "İslam həmrəyliyi" ilə bağlı çağırışını Ulu öndər Heydər Əliyevin hələ XX əsrin 90-cı illərinin əvvəllərində (1993) irəli sürdüyü "İslam birliyi" ideyasının məntiqi davamı kimi dəyərləndirmək lazımdır. Hamıya məlumdur ki, indiki şəraitdə Yaxın Şərq ölkələrində baş verən məzhəb savaşları, vətəndaş müharibələri və bunun nəticəsində yaranmış müəyyən  sosial-siyasi gərginlik göstərir ki, müsəlman ölkələrinin mənəvi həmrəyliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı  ilə "İslam Həmrəyliyi ili" elan edilməsi Prezident cənab İlham Əliyevin humanistliyinin göstəricisi olmaqla yanaşı, ölkəmizin İslam ölkələrinin birliyinə olan həssas münasibətinin müsbət nümunəsidir.
Professor Əlikram Abdullayev və Əhməd Qəşəmoğlu «Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda çıxış edərək islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışdılar, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan İslam həmrəyliyi ideyasının rolunu xüsusilə diqqətə çatdırdılar.
Səmimi şəraitdə keçən görüşdə mühazirəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdılar, tələbələr və müəllimlər tərəfindən müasir dövrün problemləri, islamafobiya, islam mədəniyyəti və başqa mövzular ətrafında diskussiya aparıldı. 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az