Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bilik reaktoru”- araşdırma və məsləhətçi şirkətinin nümayəndələri universitetimizdə oldular
“Bilik reaktoru”- araşdırma və məsləhətçi şirkətinin nümayəndələri universitetimizdə oldular

Tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə fəal iştirak edərək sertifikatlara layiq görülürlər.
Beynəlxalq əlaqələrin genişlənməsi ölkə təhsilinin inkişafına töhfələr verir. Aprelin 19-da   Beynəlxalq  “Bilik reaktoru” araşdırma və məsləhətçi şirkətinin bir qrup nümayəndə heyəti  Sumqayıt Dövlət Universitetində oldu. Rektor qonaqları səmimi salamladıqdan sonra SDU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi və tələbə həyatı, çoxşaxəli fəaliyyəti haqqında və beynəlxalq əlaqələrindən geniş söz açdı. Qeyd etdi ki, universitetimiz bir çox beynəlxalq layihələrin Xəzəryanı  ölkələrin Dövlət Universitetləri Assosiasiyasının üzvü, 2015-ci ildən Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədridir. Tələbələrin intellektual potensialından söhbət açan rektor, onu da qeyd etdi ki, Tələbə Elmi Cəmiyyəti xətti ilə tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə fəal iştirak edərək sertifikatlara layiq görülürlər. Tələbələrimiz son illərdə Voronej Dövlət Meşə Texniki Universitetində “Texniki və riyaziyyat elmləri” üzrə Beynəlxalq Gənclər Forumunda, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Milli Tədqiqat Akademik Universitetində Optoelektronika, Fotonika və Nanostrukturlar üzrə “Saint Petersburg OPEN 2016” adlı beynəlxalq konfransda, bu il isə Pskov Dövlət Universitetində Beynəlxalq  Gənclər Elmi-Praktiki Konfransda fəal iştirak edərək sertifikata layiq görülmüşlər. Təbii ki, onların dilbilmə səviyyələrini artırmaq məqsədi ilə universitetimizdə Linqvistik Mərkəz yaradılmışdır. Bir sözlə, bugün SDU bir çox xarici ölkələrin, o cümlədən Rusiya universitetləri ilə sıx əlaqələr qurub və bu əlaqələr sürətlə inkişaf etməkdədir. 
Görüşdə iştirak edən Aleksandr Rulyov (Sistem analitik, texniki mütəxəssis), Serqey Borisoviç Peresliqin (lider-ekspert, elmi rəhbər), Yuriy Çernovskiy (Urbanistikası İnstitutunun rəhbəri Kiyev), Yelena Borisovna Peresliqina (psixoloq), Vladimir Nikitin (Pedoqoji klubun prezidenti Ukrayna), Aleksey Stepanov (qrup rəhbəri Sankt-Peterburq) Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə etdilər və SDU rəhbərliyinə təşəkkürlərini bildirdilər.  Serqey Peresliqin “Bilik reaktoru” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, “Bilik reaktoru”- araşdırma və məsləhətçı şirkəti sosial mühəndislik sahəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərini, yeni tipli koqnitiv texnologiyaların və gələcəyin analitik və qeyri-analitik metodlarını tətbiq olunmasını həyata keçirir. Onu da vurğuladı ki, şirkət, həmçinin kompleks şəkildə analitik, proqnostik xidmətləri həyata keçirir və ərazilərin idarə olunmasını tam səhnələşdirilməsi, qeyri-müəyyənlik şəraitində idarəetmə metodologiyası, müəllif təhsil kursları: strategiya, proqnostika, mühəndislik, biznesin ekspres proqnostikası, korporativ gələcəyin konsepsiyasının qurulması, strategiyaları birləşdirən ssenarilərin yaradılması, oyun modelləşdirilməsi və proqnozlaşdırılma sahələr üzrə idarəetmə məsələlərinin və biznesin inkşafının dəstək imkanını yaradır. Serqey Borisoviç Peresliqin onu da bildirdi ki, şirkətin strategiyası: Strateji idarəetmə sahəsində şirkət tərəfdən hazırlanmış gələcəyin proqnozlaşdırılması metodları və texnologiyaları vasitəsi ilə Rusiya Fedarasiyasının Federal Qanununun( N172-Ф3“Rusiya Federasiyasının strateji planlaşdırması haqqında) həyata keçirilməsinə, həmçinin Rusiyada növbəti (Altıncı) texnoloji quruluşuna (istehsal iqtisadiyyatı, süni intellekt, əlavə texnologiyalar) köməklik etməkdir.      
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilən layihənin məqsədi də ali məktəblərdə təhsil səviyyəsini öyrənməklə perspektivlərini müəyyənləşdirməkdir.  Sonra mövzu ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdən sonra qonaqlar SDU-nun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla tanış oldular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az