Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rusiyada Yeni ili necə qarşılanır
Rusiyada Yeni ili necə qarşılanır
Dekabrın 29-da universitetimizdə Linqvistik Mərkəzin təşkilatçılığı ilə “Rusiyada Yeni ili necə qarşılayırlar?” mövzusunda tədbir keçirildi.  Linqvistik Mərkəzin rəhbəri Alik Abdullayev   qarşıdan gələn Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək xoş arzularını çatdırdı. O, qısa müddət ərzində mərkəzdə görülən işlərdən danışdı, yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, mərkəz fəaliyyətə başladığı müddətdən  Əminə Musayeva könüllü olaraq tələbələrlə məşğul olur, bu tədbirin ərsəyə gəlməsində də onun böyük zəhməti var.
Tədbirdə tələbələr «Rusiyada Yeni ili necə qarşılayırlar?» mövzusunda çıxış edərək bildirdilər ki, Yeni il bütün dünyada eyni vaxtda - dekabrın 31-də keçirilsə də, adətləri bir-birindən xeyli fərqlənir. Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl 1-ci Pyotrun əmri ilə qoyulub. Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, piroqlar qoyulur. Süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir. Tələbələr  həmçinin çıxışlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı gənclər birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə təşkil olunan tədbirlərdəki iştirakından, onun rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi bir sıra yeni layihələr həyata keçirdiyini və  Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyini bildirdilər. Onu da diqqətə çatdırdılar ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir. Tədbirdə tələbələr rus dilində  mahnı, rəqslər ifa edərək, müxtəlif oyunlar və viktorinalar keçirdilər. 
Rektor professor Elxan Hüseynov bayram münasibətilə hər kəsi  təbrik edərək tədbirin maraqlı təşkilinə görə Linqvistik Mərkəzin rəhbəri Alik Abdullayevə  və mərkəzin bütün əməkdaşlarına Rus dili kafedrasının baş müəllimi Əminə Musayevaya  təşəkkürünü bildirdi və tələbələrə qış imtahan sessiyasında uğurlar arzuladı. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az