Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fənni üzrə olimpiada keçirildi
Kimya və biologiya fənni üzrə olimpiada keçirildi
Dekabrın 24-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fənni üzrə olimpiada keçirildi.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Sumqayıt Dövlət Universiteti də böyük missiyanı yerinə yetirərək şagirdlər üçün müxtəlif fənlərdən olimpiadalar təşkil edir. Qeyd edək ki,  fənn olimpiadası son dövrün ən uğurlu addımlarından və yeniliklərindən biridir. Elə  müsabiqənin keçirilməsində də məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır.
Qeyd edək ki, olimpiada Sumqayıt şəhərindəki orta məktəblərdən kimya və biologiya fənninə həvəs göstərən 9, 10 və 11- ci  sinif şagirdləri üçün nəzərdə tutulmuşdur, lakin 8–ci sinif şagirdlərindən də bəziləri olimpiadaya qatılmışdılar. Bakı şəhərində isə “Kaspi” liseyinin şagirdləri olimpiadada iştirak etdilər. 
Olimpiada məsələlərinin və ya suallarının qiymətləndirilməsi 10 ballıq sistemlə aparılmışdır. Hər variantda 5 məsələ və ya 5 sual olmaqla, maksimal qiymət 50 bal təşkil etdi. Azərbaycan və rus bölmələrində  təhsil alan şagirdlərin nəticələri sistemləşdirilmiş və qaliblər universitetimizin rektoru professor Elxan Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdular. Onu da qeyd edək ki, olimpiadanın keçirilməsində Sumqayıt şəhər Təhsil  Şöbəsinin müdiri dosent Nizami Namazovun böyük xidməti olmuşdur.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
TEL: +994-18 642-16-20
FAKS: +994-18 642-02-70
E-MAIL: info@sdu.edu.az