Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

Ümummilli lider Heydər Əliyevin anım günü Sumqayıt şəhərində də qeyd olundu.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri,  hüquq-mühafizə orqanları, Sumqayıt Dövlət Universitetinin rektoru, professor-müəllim heyəti, müəssisə, idarə və təşkilatların əməkdaşları, veteranlar, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrildi. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılmış, yeni mikrorayonlar, yaşayış məhəllələri salınmışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışlarında iştirak etmişdir.
Sumqayıt bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, regionun sənaye mərkəzinə çevrilir.
Mərasimin sonunda Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az