Əsas səhifə | Xəbərlər | Rektor imtahanların gedişini izlədi
Rektor imtahanların gedişini izlədi

Bu gün rektor professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Filologiya fakültələrində imtahan prosesini izlədilər və universitetdə yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə etdilər.
Rektor tələbələrin problemləri ilə maraqlanaraq bildirdi ki, universitetimizdə sessiyanın gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə İmtahan  Qərargahı və onun nəzdində «Qaynar xətt» yaradılıb. Bu məqsədlə tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində komissiyalar yaradılıb. Yaz imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə nümayəndələrimiz Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev Kimya və biologiya, Fizika-elektoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov Tarix və coğrafiya, Filologiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat  fakültələri üzrə təhkim olunublar. İmtahanlara müəyyənləşdirilmiş nəzarətçi-müəllimlər nəzarət edirlər. İyulun 4-də başa çatacaq yaz sessiyasında imtahanlar bir qayda olaraq yazılı formada aparılsa da, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında aparılacaq.
Rektor tələbələrin suallarını cavablandırdı, yarana biləcək neqativ halların aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdırdı. Riyaziyyat fakültəsinin I kurs tələbələri Aytac Kərimli, Aytac Mustafayeva və digərlərin problemləri yerindəcə həll olundu.Tələbələr də öz növbələrində universitetdə  imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.
Qeyd edək ki, rektor mütəmadi olaraq sessiyanın gedişini şəxsən özü nəzarət edir. Belə ki, ötən həftə keçirilən imtahan prosesini rektorla bərabər tələbələrin valideynləri də izlədilər. Valideynlər yaradılan şəraitə görə məmnunluqlarını bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az