Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Mayın 31-də Elmi Şuranın növbəti iclası keçirildi. Şuraya sədrlik edən universitetin  rektoru professor Elxan Hüseynov  gündəliyə keçməzdən öncə Filologiya fakültəsinin Xarici dillər kafedrasının müəllimi Sona  Məmmədovanı,  Kimya  və biologiya fakültəsinin dekan müavini Müşkünaz Nəzərovanı  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent diplomu aldıqlarına görə  təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sədr, rektor Elxan Hüseynov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırdı. 
Kollokviumların yerinə yetirilməsinin nəticələri və yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Tədris Metodiki Mərkəzinin direktoru dosent İsabal Qurbanov, Qiyabi təhsil üzrə yaz imtahan sessiyasının nəticələri haqqında Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev görülən işlər, nəzərdə tutulan tədbirlər planı haqqında məlumat verdilər. Neft kimyası və kimya texnologiyası, Proseslərin avtomatlaşdırılması və Yarımkeçiricilər fizikası kafedralarında görülən tədris-metodiki və elmi işlərin hesabatı barədə Neft Kimyası və kimya texnologiyası kafedrasının müdiri professor Əkbər Ağayev, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Fazil Ələkbərli, Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Məmmədəli Zərbəliyev, Tədris Metodiki Mərkəzinin direktoru İsabal Qurbanov kafedraların mövcud vəziyyəti barədə hesabat verdilər.
Şurada TEMPUS UNİVİA layihəsi üzrə koordinatoru Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova 4-14 aprel tarixində İspaniya Krallığının Qalisia bölgəsində yerləşən Santyaqo de Kompostela Universitetinə ezam olunduğunu bildirdi. Qeyd etdi ki, ezamiyyətin məqsədi Avropa, Amerika və Asiya universitetləri arasında tanınmış, elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş və beynəlxalq layihələrin fəal iştirakçısı olan Santyaqo de Kompostela Universitetinin təcrübəsi ilə tanış olmaq və əlaqələrin genişləndirilməsi üçün zəmin yaratmaq idi. Sonra Fizika və elektroenergetika fakültəsinin dosenti  Samir Orucov  da öz səfər təəssüratını şura üzvləri ilə bölüşərək bildirdi ki, rəhbərlik etdiyi “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri ilə birgə ABŞ-ın Arizona ştatının Finiks şəhərində InteI ISEF–Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmişlər. Sərgidə 77 ölkədən 1760 iştirakçı qatılmışdı. Azərbaycanlı məktəblilər bu sərgidə tarixi uğura imza atdılar. Belə ki, münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova Grand Award mükafatına, digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi  mükafatına layiq görüldülər.
Sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor Əkbər Ağayev, Kimya-biologiya fakültəsinin dekanı dosent  Mahal Muradovla mayın 24-27 tarixində Ufa şəhərində keçirilən “Neft-mədən kimyasının praktiki aspektləri”nə həsr olunmuş VI Beynəlxalq elmi-praktiki konfransda iştirakları barədə məlumat verdi.
Fakültə dekanları yaz imtahan sessiyasının hazırlığı barədə məruzə ilə çıxış etdilər.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az